Mütəxəssisdən kababla bağlı XƏBƏRDARLIQ: Belə bişirmək düzgün deyil

Mütəxəssisdən kababla bağlı XƏBƏRDARLIQ: Belə bişirmək düzgün deyilMütəxəssislər xəbərdarlıq ediblər ki, Qurban bayramında manqalda kabab bişirərkən ətin yanma səviyyəsindən çox bişməsi bəzi xərçəng xəstəliklərinə səbəb ola bilər. Bundan başqa bir neçə porsiya yeyilən ət həzm sistemində problem yarada bilər.
Qurban bayramına sayılı günlər qalıb. İnsanlar adətən, kəsilən qurbanlardan ilk olaraq kabab bişirməyə üstünlük verirlər. Mütəxəssislərin fikrincə, qurban ətinin kəsilən gün istehlak edilməsi də zərərli sayılır.
Mütəxəssis diyetoloq Pakize Gizem Akgül qurban əti istehlak edərkən nələrə diqqət edilməsi lazım olduğunu açıqlayıb.
"Qırmızı ət dəmir, maqnezium və bəzi B qrupu vitaminləri ilə zəngindir. Amma xolesterin və doymuş yağlar səbəbiylə ət istehlak edərkən miqdarına xüsusi diqqət etmək vacibdir. Qırmızı ət xroniki xəstəlikləri olan insanlar üçün də riskli ola bilər. Ümumiyyətlə isə, kabab bişirlərkən ocağın istiliyi və ətin neçə dəqiqə ərzində bişdiyi çox vacibdir Çünki közdə çox bişirilən ətdə bəzi xərçəng xəstəliklərinə səbəb ola biləcək zərərli maddələr əmələ gələ bilər. Eyni zamanda, az bişmiş ət də sağlamlığa zərərlidir. Çünki bəzi heyvanlarda olan patogen mikroorqanizmlər mövcuddur. Az bişirlən ətdə də bu mikroblar yox olmur",-deyə mütxəsssis qeyd edib.
Onun sözlərinə görə, Qurban bayramının ilk günündə əti qovuraraq yemək ən yaxşı üsuldur. Ən əhəmiyyətlisi əti mümkün qədər öz yağı ilə bişirməkdir. Kərə yağı, quyruq yağı kimi heyvani yağlardan istifadə edilməsi tərkibindəki xolesterini artıra və ya xəstəlik riskini çoxalda bilər.
Diyetoloq onu da əlavə edib ki, bayramda süfrələrdə ət ilə yanaşı mütləq yaşıl tərəvəzlər və göyərtilərdən hazırlanan salatlara da üstünlük vermək lazıdmır. Çünki ət yeməyi mədə üçün ağırdır, həzmi yaxşılaşdırmaq üçün bu qidalar faydalı ola bilər.
Sevinc Hüseynova
Saglamolun.Az

Şou Biznes     Baxılıb: 1819   Tarix: 26 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

.

Bahalı saatı gündəm oldu

Türkiyəli məşhur aktyor Çağlar Ertuğrulun taxdığı saat gündəm olub. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Lüks saat həvəskarlarının da marağına səbəb olan bu modelin yüksək qiyməti fotodakı diqqətçəkən məqamlarda

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

.

Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR

Özünəməxsusluğu ilə fərqlənən gənc və sevilən  müğənni Zəminə Rəhimova növbəti dəfə tərzi ilə göz oxşayıb. xəbər verir ki, sənətçi milli motivlərlə müasir dəbin sintezindən ibarət yeni fotosessiyasını təqdim edib. Son illərd

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

turlar.az

geyim necə seçməli qadın geyimi kosmetika mehsullari qaymaqlı krem salat reseptləri saglamliq haqqinda donlar 2026 yay kosmetika bakire novruz bayramına aid hakıştalar balıq gözəllik qaynana