Mütəxəssislər hansı növ çörəyi məsləhət görür

Mütəxəssislər hansı növ çörəyi məsləhət görürSünbülləri tellənən buğda zəmisi gözəllik, bolluq və bərəkət mənbəyidir. Yazda yaşıl dəniz kimi yırğalanan, tel-tel olub tellənən taxıl zəmisi yayda sapsarı saralıb dən tutur, biçilərək döyülür, sonra dəyirmanda üyüdülərək una çevrilir. Undan xəmir yoğrulur, kündələr tutulur və təndirə yapılaraq çörək bişirilir. Müqəddəs hesab elədiyimiz çörək tarladan süfrəyə gəlib çıxanadək bu qədər uzun bir yol keçir. Lakin min bir zəhmət və alın təri hesabına başa gələn çörəyin qida rejimi və rasionda tutduğu yerlə əlaqədar ən müxtəlif fikirlər var. Naturopatların demək olar ki, hamısı və həkimlərin bir qrupu çörəkdən, xüsusilə ağ çörəkdən imtina etməyi məsləhət görür və hətta ağ rəngdə olan çörək, şəkər və duzu "ağ zəhər" adlandırırlar. Alim və həkimlərin bir qrupu çörəkdən imtina etməyi düzgün saymır. Təbii qidalanmaya üstünlük verənlər bunun əvəzinə buğda cücərti, yaxud kəpəkli un məmulatları yeməyi məsləhət görürlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bəs "qızıl orta" haradadır? Kimin dediyinə inanıb, fikrinə üstünlük vermək lazımdır? Əlbəttə, ilk baxışda asan görünən bu suala birmənalı cavab vermək çox çətindir.
Tahir Əmiraslanov (Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov): - Ağ unun tərkibində həyat üçün lazım olan elementlər yoxdur, ona görə kəpəkli undan bişirilmiş çörəyə üstünlük verilməlidir. Xəşil, xəngəl və digər xörəklərin də həmin undan bişirilməsi daha faydalıdır.
Leyla Zülfüqarlı (Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu): - Alman texnologiyası ilə və ya türk resepti əsasında hazırlanan kəpəkli çörək yeyilməlidir. Lakin çörək monotərkibə malik olmalıdır, onun hazırlanması zamanı taxıl məhsulundan hazırlanmış un, su, duz və mayadan ibarət olmalıdır.
Ləman Süleymanova (həkim-diyetoloq):- İnsan orqanizminin həm ağ, həm də qara çörəyə ehtiyacı var. Lakin ağ çörəyi çox bişmiş və isti halda yemək mədə-bağırsaq xəstəliyinə səbəb olur, onu bir qədər boyatıyandan sonra yemək daha yaxşıdır. Xüsusilə səhər və günorta kəpəkli çörək yeyilməlidir, axşamlar çörək yeyilməsi həzm prosesini ləngidir.
Fizuli Hüseynov (həkim-fitoterapevt): - Ağ undan bişirilən çörəyin tərkibində karbohidratlar qara unda olandan dörd dəfə çox olduğuna görə sorulma prosesi də ləng gedir. Çörək nə qədər ağ və yumşaqdırsa, onun tərkibində qlütenin miqdarı da o qədər çoxdur, bu isə bağırsaq divarını iltihablaşdırır. Xüsusilə buğda, arpa, yulaf və çovdarın tərkibində həmin maddə çox olur. Ən yaxşısı, darı unundan hazırlanan lavaşla qidalanmaqdır.
100 qram ağ çörək 249, 30 qram Borodin çörəyi 208, 100 qram baton çörək 235, 100 qram dənli çörək 228, 100 qram zavod çörəyi 245, 100 qram təndir çörəyi 330, 100 qram kəpəkli çörək 150, 30 qram lavaş 100, 30 qram qozlu çörək 350, 100 qram südlü çörək 350 kaloriyə bərabərdir.
Xarici ölkələrə səfər zamanı tamamilə əks mənzərə ilə üzləşirik. Yemək zamanı çörəkdən çox az və çox cüzi istifadə olunur, qida zamanı salat və delikateslərə üstünlük verilir.
Bizdə isə hər gün mağazalardan zənbil-zənbil çörək alındığını, mərasim və məclislərdə nə qədər çörəyin israf olunduğunu görürük. Görünür, elə bu cür qidalanmanın nəticəsidir ki, ölkədə şişmanlıqdan və artıq çəkidən əziyyət çəkənlərin sayı ildən-ilə artır. Nə nəfsimizə hakim kəsilib çörəkdən imtina edə, nə də onun qədərini azalda bilirik.
Əslində heç bir həkim, diyetoloq və kulinar çörəyin birdəfəlik rasiondan çıxarılmasını təkid etmir, bunu iddia etmək heç düzgün də deyil. Orqanizm üçün çox zəruri olan bir sıra fermentlər var ki, həkimlər onun məhz çörəyin tərkibində olduğunu söyləyirlər. Lakin qida zamanı əsas ağırlığı da çörəyin üzərinə salmaq düzgün deyil. İlk növbədə, qara undan bişirilən kəpəkli çörəklə qidalanmaq, özü də minimum miqdarda qəbul etmək lazımdır. Farslar demiş, kəm-kəm buxuru, həmişə buxuru. Yəni, az-az ye, həmişə ye...
Çörəyin çox yeyilməsi də əksər hallarda xəstəliklərə səbəb olur, şişmanlıq, piylənmə, artıq çəki, həzm, mədə-bağırsaq sisteminin işində problemlər yaradır. Söhbət heç də bütün nemətlərin şahı hesab edilən çörəkdən imtina etməkdən və menyudan çıxarmaqdan yox, onu qədərində yeməkdən gedir.
Necə deyərlər, qədərini bilməyən qədrini, qədrini bilməyən qədərini bilməz...
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1164   Tarix: 05 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB

Kartof kulinariya ənənəmizdə o qədər məşhur və axtarılan məhsuldur ki, onlarsız pəhriz təsəvvür etmək demək olar ki, mümkün deyil.   -a istinadən bildirir ki, lakin artıq çəki ilə mübarizə prosesində, karttofdan imtina etməlisiniz. 

.

Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb

ABŞ-ın Florida Universitetinin alimləri müəyyən ediblər ki, qeyri-invaziv beyin stimulyasiyası yaşlı insanlarda depressiya və narahatlıq əlamətlərini yaxşılaşdırır.   -a istinadən xəbər verir ki, elmi işin nəticələri "Brai

.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. . Milli. -a istinadən xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamö

.

Kişilərdə belin ölçüsü 100 sm-ə çatdısa cinsi zəiflik başlayır - DİQQƏT

Kişilərdə cinsi istəksizlik və zəifliyin səbəblərindən biri fiziki aktivsizlik, stress hormonunun qanda çox olması və qan qatılığıdır. -a istinadən xəbər verir ki, uroloq Andrey Smernitskiy dərmansız bu problemlərdən çıxı

.

Pendirdən imtina etməyin 4 əsas səbəbi

Həkimlər bərk pendirdən imtina etməyin 4 səbəbini açıqlayıblar.   -a istinadən bildirir ki, bərk pendir sağlamlığa zərər verə bilər. . Qanda şəkəri salan meyvə. Səhər sıyıq yeməyin ZƏRƏRİ AÇIQLANDI. Depressiyadan əziyyə

.

Fiziki təmas ağrını aradan qaldırır

Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər. -a istinadən xəbər verir ki, almaniyalı və hollandiyalı tədqiqatçılar bununla bağlı xüsusi araşdırma aparıblar. Araşdırma nəticəsində alimlər fiziki təması

.

Hər səhər bir ovuc badam yeməyin faydaları

Badamın sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə də hər səhər bir ovuc badam yesəniz. -ə istinadən bildirir ki, səhərləri ac qarına yeyilən badamın orqanixmə verdiyi inanılmaz faydaları təqdim edir:. Pəhriz saxlayand

.

Səhər sıyıq yeməyin ZƏRƏRİ AÇIQLANDI

Bir çoxlarının sevimli səhər yeməyinin sağlamlığa zərərli olduğu ortaya çıxıb. .   -a istinadən xəbər verir ki, bununla bağlı qastroenteroloq Dilarə Lebedeva danışıb. . Həkimin sözlərinə görə, səhər yeməyi xroniki yorğunluqdan

.

Təhlükəli virusun yeni ştammının yayılması ilə bağlı HƏYƏCAN TƏBİLİ

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri insanlar üçün böyük təhlükə yaradan H5N1 "quş qripi"nin yeni ştammının yayılması ilə bağlı həyəcan təbili çalır.   -a istinadən xəbər verir ki, tədqiqatçılar bildirirlə

turlar.az

sonxeber.az həkim məsləhəti gözəllik məhsulları toy makiyaji sekilleri sifahi xalq ədəbiyyatı növləri faydalı məsləhətlər sharlotka resepti mede tursusu kosmetika zencefil 8 mart kley lekesi intim haxışda