Mütəxəssislərdən çağırış: Uşaqları gec yatmağa qoymayın
Mütəxəssislər xəbərdarlıq edirlər ki, uşaqların gec yatması onların həm fiziki, həm də zehni inkişafına mənfi təsir göstərə bilər.
azxeber.com xəbər verir ki, yuxunun ilk saatlarında beyin gün ərzində toplanan tullantıları təmizləyir, yaddaş və öyrənmə prosesləri möhkəmlənir. Eyni zamanda, uşağın böyüməsi və orqanizmin bərpası üçün vacib olan böyümə hormonu aktiv şəkildə ifraz olunur.
Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı böyümə hormonu da intensiv şəkildə ifraz olunur. Bu hormon yalnız uşağın fiziki inkişafına deyil, həm də toxumaların, əzələlərin və sinir sisteminin bərpasına dəstək verir. Həkimlər məktəbəqədər və məktəb yaşlı uşaqların ən gec saat 21:00-22:00 arasında yatmasını tövsiyə edirlər.
Mütəxəssislərin sözlərinə görə, gec yatmaq diqqət dağınıqlığına, emosional gərginliyə və bərpa proseslərinin zəifləməsinə səbəb ola bilər.
Valideynlərə uşaqların gündəlik yuxu rejiminə diqqət yetirmək tövsiyə olunur. Çünki keyfiyyətli yuxu sağlam inkişafın əsas şərtlərindən biridir.
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Tünd kişmiş cavanlaşdırır
Yuxudan duran kimi bunu edin
Bu yaşda ət yemək ömrü uzadır
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Evdə stress yaradan 5 şey