Naibə Allahverdiyeva: "Hamı həyat yoldaşıma baxıb gülür ki... " - FOTOLAR

Bir müddət öncə səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilən, hazırda isə müalicəsini Mərdəkandakı "Günəşli" Nevroloji Sanatoriyasında davam etdirən Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva BiG.AZ-a müsahibə verib.

-Naibə xanım, necəsiniz, hazırda özünüzü necə hiss edirsiniz?

-Bir az yaxşıyam, şükürlər olsun. Xəstəxanadan təzə çıxmışam. Əvvəl çox pis idim. Gördüyünüz kimi indi sanatoriyada müalicəmi davam etdirirəm. Əvvəlkinə nisbətən çox yaxşıyam. İyunun 17-ə kimi buradayam.

"Ərimə deyiblər, Naibə vəfat edib, o da gülüb..." - Əməkdar artist - FOTOLAR

-Bir ayda iki dəfə xəstəxanalıq olmağınızın səbəbi maraqlıdır...

-Qan təzyiqi və bir az da əsəblə bağlı idi. Depressiyaya düşdüm, ağır əsəb gərginliyi keçirdim. Bir anın içində həyatda hər şey mənim üçün mənasızlaşdı. Qan təzyiqim necə qalxırdısa, ayaqlarım tutulurdu.

- Sizi depressiyaya salan səbəb nədir?

-(Susur...) Nə bilim vallah.

"Ərimə deyiblər, Naibə vəfat edib, o da gülüb..." - Əməkdar artist - FOTOLAR

- Əslində, depressiya xəstəlik yox, insanın ruh halıdır. İnsan özü ilə barışıq olmayanda, ətrafda kimlərəsə qarşı küskün olanda, sənət adamıdırsa, yaradıcılığına qarşı laqeyidlik görəndə, bu vəziyyətə gəlib çıxır...

- Mən bu fikirlə razıyam. Məsələn, ruhi xəstələr cəmiyyətdən təcrid edilmiş olurlar. Onlar hətta özlərini xoşbəxt belə hiss edə bilirlər. Biz onları anlaya bilmirik. Bir də görürsən, biri deyir ki, mən Napoleonam, o biri də deyir ki, Sultan Süleymanam...
Mənim isə ruhum yorulub, bu başqadır. O vəziyyətə gəlmişdim ki, doğma olan hər şey mənə yadlaşmışdı. Həyatda gözümə heç nə görünmürdü. Sadəcə olaraq canlı meyit kimiydim…
Depressiyaya düşməyimə çox şeylər səbəb oldu. Bilirsiniz necədir? Bu bir, iki, üç günün işi deyil. İllərlə yığılmışdı, axırda da partladı. Dünyaya göz açdığım gündən ta indiyə qədər... Mən doğulanda göz qapaqlarım bağlı olsa da, bəbəklərim ora-bura tərpənirmiş. Həkimlər anama deyiblər ki, bu qızdan nəsə olacaq. Bu dünyaya çox acgözlüklə gəldi. Əslində isə, hər şey tərsinə oldu. Mən bu dünyaya gəldiyim gündən həyat mənə "sürprizlər" verməyə başladı. Uşaqlıq illərim elə də gözəl keçməyib. Atam anamdan ayrılandan sonra demək olar ki, bibimin yanında böyümüşəm. Ata-ana məhəbbətindən təcrid olunmuşam. Anam dünyasını dəyişib deyə mən bunu sizə danışıram. Sonra da gənclik illəri gəldi. Ardınca da çətin illər, müharibə illəri... Yenə də təklik, tənhalıq. Gənc qız olaraq özüm-öz ayaqlarım üzərində durmalı idim. Bu həyatda insanı yaxınları-doğmaları, valideynləri, qohumları əlindən tutub qaldırır. Kimsə ona bu həyatda kömək edir. Məndə elə olmadı...

"Ərimə deyiblər, Naibə vəfat edib, o da gülüb..." - Əməkdar artist - FOTOLAR

-Bu fikirlə razılaşırsınız ki, xanım sənətçilər xoşbəxt olmurlar?

-Həqiqətdə bu belədir. Amma təbii ki, istisnalar da olur. Aktrisanın həyat yoldaşı tamam başqa xarakterli insan olmalıdır. Sənət adamları qeyri-adi insanlardır. Onlar qəribə xasiyyətə, xüsusiyyətə malikdir. Özlərinə qarşı diqqət, sayğı gözləyən insanlardır. Tamaşaçı onlara o qədər çox sevgi verir ki, ailəsindən bunu görməyəndə, aktrisa sanki burulğanın içinə düşür. Mənim də həyatım belə oldu, burulğanın içində fırlanmağa başladım. Çünki yadlardan sevgi, hörmət, eşq-dəyər görən bir insan yaxınlarından da eynisini görməyəndə çox pis olur. Öz yaxınlarının yanında dəyərsizləşirsən. Bu da çox çətin, ağrılı bir haldır. Çünki sən yadları sevmirsən axı...

-Həyat yoldaşınızı nəzərdə tutursunuz?

-Bilirsiniz ki, mən artıq yarım ildir yeni ailə həyatı qurmuşam. Birinci ərimlə bağlı isə ümumiyyətlə danışmaq istəmirəm. Ailə bir sandıqdır. Onu açıb, tökmək olmur axı. Hərdən öz-özümə fikirləşirəm ki, niyə mən belə oldum? Niyə məndə belə apatiya yarandı? Mən həyat sevən bir insanam. Allaha şükür edirəm ki, bu qədər qəddarlığa, haqsızlığa rast gəldiyim halda, insanlara qarşı mərhəmət hissim ölməyib.

"Ərimə deyiblər, Naibə vəfat edib, o da gülüb..." - Əməkdar artist - FOTOLAR

-Əslində, bu çox yaxşı haldır.

-Doğrudan, mən insanları sevirəm. Düzdür, qəlbimdə yara qalır, amma oturub, düşünmürəm ki, o insana pislik edim. Ondan qisasımı alım.

-Konkret olaraq söhbət kimdən gedir?

-Ümumiyyətlə, deyirəm.

-Yeri gəlmişkən, bu yaxınlarda istifadəçisi olduğunuz sosial şəbəkədə bir fotonuzu paylaşmışdınız. Şərhinizdə sanki kimlərəsə mesaj göndərirdiniz. Cümlə təxminən belə idi: "Mənim ölümümü istəyən adamlar, arzunuz ürəyinizdə qaldı". Bu ismarışınız kimə idi?

-Xəbər yaymışdılar ki, son nəfəsimdir, ölüm ayağındayam. Hətta həyat yoldaşım, marketə gedib. Hamı ona qəribə gözlərlə, təəccüblə baxıblar ki, həyat yoldaşı dünyasını dəyişib, bu da gülə-gülə marketdə gəzir, sevinir (Gülür). Mənə bəzi xəbərlər çatdı ki, ölüm xəbərimə sevinən adamlar da olub. Təbii ki, bunlar adi tamaşaçı və ya yad insanlar deyildi. Çünki adi tamaşaçının mənimlə nə işi var?

"Ərimə deyiblər, Naibə vəfat edib, o da gülüb..." - Əməkdar artist - FOTOLAR

-Düşməniniz çoxdur?

-Məncə, ümumiyyətlə düşmənim yoxdur. Çünki düşmən ancaq torpağımı işğal edənlərdir. Amma öz millətimdən olan insanları özümə düşmən hesab etmirəm. Sevmədiyim insanlar ola bilər. Sevmədiyim insana belə ölüm arzu etmirəm. Çünki ölüm, xəstəlik hər kəsin qapısını döyə bilər.

-Ölümünüzə sevinənlər kimlər idi?

-Onların kimliyini təxminən bilirəm. Amma bu barədə danışmaq, həmin insanların adını çəkmək istəmirəm. Qoy Allah onları xoşbəxt eləsin. Bilirsiniz, ürəyi, qəlbi kin-küdurətlə dolu olan adam bədbəxtdir. İstəyir, milyardın, ən bahalı maşının, malikanən olsun... Amma ürəyində mərhəmət hissi yoxdursa, ancaq qisas barəsində düşünürsənsə, pulları kimlərisə məhv etmək üçün qazanırsansa deməli, bədbəxtsən, yazıqsan.

-Ötən dəfə mənimlə söhbətinizdə dediniz ki, aktrisa kimi sizin potensialınızdan yetərincə istifadə etmirlər...

-Bunu mən yox, insanlar deyir. İnsanlar məndən soruşurlar ki, sizin kimi potensiallı aktrisadan istifadə etməməklərinin səbəbi nədir? Mənə də maraqlıdır, səbəb nədir? Əgər bir tamaşaçı məni sevirsə, dəyərləndirirsə səbəb nədir? Biri var sevilmək, biri də var, məşhur olmaq. Qadınlar mənim rollarımı – Tomka, Qaraçı... sonra monoloqlarımı, əzbərə deyirlər. Bax, sevilmək budur. Mənə deyirlər ki, nə vaxta qədər kassetlərinizi qoyub baxacağıq? Yeni televiziya tamaşalarına çəkilin. Bu da mənə pis təsir edir. Azərbaycanda 3-4 nəfər sevilən, seçilən, istedadlı aktrisa varsa, onun biri də mənəm.

"Ərimə deyiblər, Naibə vəfat edib, o da gülüb..." - Əməkdar artist - FOTOLAR

-Seriallara təklif alırsınız?

-Bir-iki seriala təklif almışam. Hansısa seriala çəkilmişəm, görüblər ki, rolum yaxşıdır, parlaqdır. Aranı vurublar, yalandan mənim adımdan istifadə edib nəsə deyiblər. Məni vurmaq üçün ediblər, günahım olmadan... Məni gözləri götürmürdü. Necə olur ki, rejissor gəlib mənə "ən gözəl səhnələr sizinkilərdir" – deyirdi. Gözlənilmədən qərar çıxdı ki, mən serialdan getməliyəm. Hələ də indiyə kimi bilmirəm ki, serialdan uzaqlaşdırılmağımın səbəbi nə idi. O hadisədən sonra ağır sarsıntı keçirdim, əsəblərimdən müalicə olundum. İstedadlı adamı yox etməyə çalışmaqla, ona badalaq gəlməklə deyil. Gec-tez sənəti qiymətləndirən, əsl aktrisalara dəyər verən rejissor çıxıb, məni çəkəcək. 15-20 il keçsə də, mən insanların qəlbində yaşayıram. Qoy onlar elə bilməsin ki, Naibəni vurdular, yıxdılar, sındırdılar... Mən reytinqimi indiyə qədər saxlaya bilmişəm. Baxmayaraq ki, seraillarda yoxam, efirlərə demək olar ki, çıxmıram. Amma mən teatr səhnəsində oynayanda, tamaşaçı alqışlayır. Düzdür, məni efirə dəvət edirlər, çox sağ olsunlar. Lakin elə verilişlər var ki, özüm çıxmıram. Mənə aid olmayan mövzulara, verilişlərə çıxmaq istəmirəm. Çünki mən aktrisayam, efirlərdə filmlə, serialla görünməliyəm. Demirəm ki, gənclərimiz istedadlı deyil, ancaq biz çəkilək. Çox istəyirəm ki, bizim gənc aktrisalarımız olsun, istedadlı aktyorlarımız var. Cavan və istedadlı rejissorlarımız var. Qoymurlar, başa düşürsünüz, imkan vermirlər. Rejissorlardan biri mənə dedi ki, Naibə xanım, sizi çəkmək istəyirdim. Bir nəfər aktyor dedi ki, oy, o, elə kaprizlidir ki... Amma halbuki məndə kapriz deyilən şey yoxdur.

-Yenidən gündəmə gəlməyiniz, efirlərdə çox olmağınız kimin yerini dar edir, bundan kim narahatdır?

-Elə həmin sənət adamları narahat olur.

-Niyə, səbəb nədir?

-Niyəsini bilmirəm. Düşünürəm ki, hər aktyorun öz yeri var. Onların öz, mənim isə öz tamaşaçım var. Bax indi gənc aktrisalar çəkilir. Mən onlara paxıllıq etməliyəm? Bu onların qismətidir, yoludur. Mənə də eyni münasibət olub...
"Ərimə deyiblər, Naibə vəfat edib, o da gülüb..." - Əməkdar artist - FOTOLAR

-Yəni sizə paxıllıq edirlər?

-Bəs necə?! Paxıllıqdır, vəssalam.

-Rəqabətə tab gətirə bilmirlər?

-Bəli, eynilə! Hansı aktrisa olursa-olsun, sağlam rəqabət apara bilərəm. Hansı rolu desələr - komediya, dram janrı olsun - fərq etməz, oynayaram. Ağızlarına bir söz düşüb: Tomka, Tomka... Mən tək Tomka deyiləm e... Mən Şamama Cadu ("Pəri cadu"- Əbdürrəhim bəy Haqverdiyev-red) kimi rol oynamışam. O tamaşa ilə Dünya Türk Festivalında çıxış etmişəm, tənqidçilər hamısı mənim sənətim barəsində danışıblar.

-Bəs nəyə görə sizi daha çox "Yarımştat" televiziya tamaşasındakı Tomka kimi tanıyırlar?

-Çünki televiziyanın auditoriyası 8-9 milyondur. Amma mənim teatrda oynadığım tamaşaları kiçik auditoriya görür. Həm də bir aktrisanı ilk dəfə hansı rolla görürlərsə, onunla da yaddaşlarda qalır. Amma onu da deyim ki, adam var, Tomkanı yox, oynadığım Fosforlu Cevriyyəni ("Fosforlu Cevriye", Suat Derviş-red) bəyənir. Biri qaraçını bəyənir. Deyir ki, sən Qaraçı roluna möhür vurmusan, əsl qaraçı kimi oynamısan. Gəlin, teatrda tamaşalarıma baxın, bir-birinə bənzəməyən rollardır. Bu gün Leylinin anasını, sabah isə bir qaçqın qadın obrazını oynayıram. Yəni mən müxtəlif tipli, janrlı rollar oynayıram.
Naibə Allahverdiyeva: "Hamı həyat yoldaşıma baxıb gülür ki... " - FOTOLARNaibə Allahverdiyeva: "Hamı həyat yoldaşıma baxıb gülür ki... " - FOTOLARNaibə Allahverdiyeva: "Hamı həyat yoldaşıma baxıb gülür ki... " - FOTOLAR

Xəbərlər     Baxılıb: 1890   Tarix: 30 may 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Miqrenin səbəbi yalnız beyin deyilmiş - YENİ ARAŞDIRMA

Dünyada təxminən 1,5 milyard insanı təsir edən və xüsusilə 50 yaşdan aşağı şəxslərdə daha çox rast gəlinən miqrenlə bağlı yeni elmi nəticələr açıqlanıb. xəbər verir ki, Türkiyə Ali Təhsil Şurasının təşəbbüsü ilə Gazi Universiteti

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

turlar.az

donlar 2026 sac duzumleri qadin sayti resept zirincin faydasi xanımlar bilik haqqinda atalar sozu kosmetika üzeyir hacıbəyli itburnu ekizler banan paxlava