"Narkotik asılılığından müalicə olunmaq üçün pulum yoxdur" - Məşhur meyxanaçı SİRLƏRİNİ AÇDI
Meyxanaçı Mahir Cürət səhhəti barədə danışıb.
Milli.Az xəbər verir ki, söz ustadı ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, maddi durumu yaxşı olmadığından müalicə oluna bilmir:
Səhhətim yaxşı deyil, lakin maddi imkanım yaxşı olmadığından müalicə oluna bilmirəm. Yanvar-fevral ayında toy bazarı zəif olduğu üçün məclislərə də gedə bilmirəm. Sonuncu dəfə iki ay bundan əvvəl toyda olmuşam. Üstəlik, oğlum da əsgərlikdə olduğu üçün maddi vəziyyətim heç ürəkaçan deyil".
Mahir Cürət narkotik asılılığından əziyyət çəkməsi barədə də söz açıb:
Narkotik müalicəm hələ də davam edir. Üstəlik, yarımçıq qalıb. Aydın Xırdalanlının vəfatından sonra telekanallar dəvət etdi ki, verilişə çıx səni narkodispanserə göndərək. Mən Aydın kimi də çox aludəçi olmamışam. Bacardığım qədər narkotikdən uzaq durmağa çalışmışam. Lakin hələ də əziyyətini çəkirəm. Çünki narkotikin əziyyəti ömürlükdür. Uzaq qalmağa çalışsam da, hərdən dərman içib özümü idarə edirəm.
Qeyd edək ki, Mahir Cürət uzun müddətdir ki, astma-bronxit xəstəliyindən və narkotik asılılığından əziyyət çəkir.
Milli.Az /news.milli.az









Şampun saç tökülməsinə səbəb ola bilər?
Rusiyanın xarici agent kimi tanıdığı Maksim Qalkin Bakıya gəlir
Albalının xərçənglə mübarizədə rolu
Ofeliya qardaşı üçün qan axtarır - İzləyicilərinə səsləndi
Hasan Can Kaya nişanlandı
Ayaq və əllərdə göbələk varsa, belə edin
Bu içki kişiləri prostat xərçəngindən qoruyur
Ananas düşündüyünüz qədər məsum deyilmiş: Dilinizi "yeyən" meyvənin gizli zərərləri
Qadınların bədənindən əllərinizi çəkin' - Hadisədən tənqidlərə cavab
İpək Tuzcuoğlu 'Kıskanmak'la vidalaşır
Pulsuz bilet üçün məni narahat etməyin' - Hüseyn
Onu öz klipimdə görməyi arzulayırdım' - Muradın arzusu çin oldu
Qəhvə buna da xeyir imiş
Bizdə istedadlı, tərbiyəli insanları yox, məşhurları sevirlər