Natavan Həbibi Aygün Kazımovanı savadsız adlandırdı

Natavan Həbibi Aygün Kazımovanı savadsız adlandırdıMüğənni Natavan Həbibi bu gün mətbuat konfransı keçirib. O, haqqında yayılan şayiələrə və el dilində desək, həmkarlarının yazdıqları cümlələrə son nöqtəni qoyub.

"Mən çox susdum, çox gözlədim, amma bundan sonra çox sərt danışacam. Əgər kimsə başından böyük danışacaqsa, elə böyük də cavabını alacaq. Mən nə xalq artistiyəm, nə də ki əməkdar artist. Mən müğənniyəm. Heç vaxt qorxmuram, çəkinmirəm. Mənə çox ləkə yaxmaq istədilər. Nəslimə, soyuma, mənim ailəmə ləkə yaxmağa çalışdılar. Çox adam da buna inandı. Amma indi hər şey bəlli oldu. Və yenə də mən qazandım. Hətta çox dedilər ki, guya mənim verdiyim bütün sənədlər saxta imiş. Amma mənim vəkilim hər şeyi sübut etdi. Mənə elə oyunlar qurmuşdular ki... Həqiqətən bunlar rejissordular. Sonda isə hamısı biabr oldu. "Nömrə1" verilişinin çəkilişlərindən Aygün Kazımovanın münasibətləri mənə qarşı soyumağa başlamışdı. Amma mən onu çox istəyirdim. Həmin layihədə, o, özünü əməlli-başlı biabr etdi. O biabrçılıqdan sonra təbii ki, xalq tərəfindən nifrət qazanacaqdı. Çünki haqlı deyildi. Hətta deyərdim ki, Aygün çox savadsız biridir. Dövlətin qanunlarının qarşısında hamımız acizik. Dövlətimizin qanunlarına sığındım. Bilirdim ki, qazanacam. Amma Aygünün bu qədər inad etməsinə sadəcə gülürdüm. Mən axı ona nə etmişdim? Mən 8 il susdum. Axı mən hardan bilərdim ki, o mənə bu qədər nifrət edəcək. "Natavan yuxusunda görəcək", nə bilim nə... Sən hələ yatmağında ol. Görək sənmi yuxunda görəcəksən, yoxsa mən?! Məhkəmənin qərarına görə, Aygün məndən üzr istəməyincə, o, 30 il Azərbaycandan kənara çıxa bilməyəcək. Heç vaxt onunla barışmağı düşünmürəm. Bu küsmək deyil, bu silməkdir. Bir dəfə nöqtəni qoyuram. Nöqtə də qoyuldu...".

Xəbərlər     Baxılıb: 2094   Tarix: 09 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

geyim necə seçməli toy gecesi geyim şəkilləri qripdən necə qorunmalı əlibala hacızadə yagli saclar ucun meslehetler alin yazisi xanim qafarova kosmetika rus dilini öyrənək kokelmek haxisda yutube qız bürcü