Nazim "qıjı" dediyi kürdəmirlilərdən üzr istədi VİDEO
Faytonçu ləqəbli müğənni Nazim Pişiyarinin Kürdəmirlə bağlı dedikləri qalmaqala səbəb olmuşdu.
Axşam.az-ın məlumatına görə, tənqid edilən sənətçi kürdəmirlilərdən üzr istəyib:
"Bu, mexaniki bir səhv idi. Bunu tutub şişirtdilər. Azərbaycanın hər qarış torpağı mənim üçün vətəndir. Azərbaycanın bir çox böyük sənətkarları məhz Kürdəmirdə dünyaya gəliblər. Hansısa ifadəmlə kürdəmirlilərdə qıcıq oyatmışamsa, üzr istəyirəm. Mənim də Kürdəmirdə yaşayan qohumlarım var".
Qeyd edək ki, Nazim Muz TV-yə müsahibəsində "Mən "qıjı" mahnıları ifa edən musiqiçilər, müğənnilər üçün Kürdəmirdə məkan yaradardım, deyərdim ki, nə istəyirsiniz, burada edin, çalın, oxuyun, efirə də çıxın. Buradan kənara çıxmayın. Bakı əsl sənətkarlara qalardı" cümlələrini demişdi.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz