" Nazir dayımız yoxdur, biz atasız qızlarıq " - ƏKİZLƏR

" Nazir dayımız yoxdur, biz atasız qızlarıq " - ƏKİZLƏRTeleaparıcı və müğənni Sevil və Sevinc Səfərova bacıları bəzi informasiya portallarında Çingiz Mustafayevə qarşı etik olmayan söz işlətmələri ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qadinsayti.az bildirir ki, əkizlər ölke.az saytına müsahibəsində ayrı-ayrılıqda bildirib:

Sevinc: Bu mövzudan yaralıyam. Mən jurnalistlərə hörmətlə yanaşıram. Hamısına aid etmirəm indi deyəcəyim sözləri, amma lazımı şəxslər nəticə çıxarsa yaxşı olar. Onları da başa düşürəm, nəyisə yalandan etməlisən ki, reytinq olsun. Efirdə olduğum üçün sizləri yaxşı anlayıram. Amma mən heç bir insanın bu formada həyatını dağıtmaram, özümə sığışdırmaram. Orada mən dediyim sözü ancaq kar ayırd etməyə bilər. "Xəzər TV" çox böyük yerdir və yetəri qədər də təcrübəmiz var. Biz uşaq deyilik ki, danışığımızı bilməyək. Mən bu gün jurnalistlərin üzünə gülürəmsə, bu o demək deyil ki, nə istəsəniz yaza bilərsiniz. Təbii ki, yenə deyirəm bu dediklərim hər kəsə aid deyil. Bir sıra saytlar bunu yaymışdılar. Açıqlama verməyimizdən sonra həmin xəbərləri sildilər. Başa düşdülər ki, bunu saxlamağın heç bir mənası yoxdur. Mən düşünürəm ki, heç bir aparıcının, jurnalistin, media işçisinin başqasının həyatını məhv etməsinə haqqı yoxdur. Biz atasız qızlarıq. Biz gəncik, bizim ailəmiz var, bu gün işləməsək, ailəmizə baxan olmayacaq. Mənim nazir dayım yoxdur, qohumlarım vəzifəli deyil. Biz bu gün öz ailəmizi dolandırırıq, siz bizi işimizdən etsəydiniz, biz nə edəcəkdik?! Belə şeyləri yazmamışdan öncə düşünməlisiniz ki, bu insanlar da kiminsə tabeliyində işləyirlər. O kanal mənim şəxsi kanalım deyil. Bir dəfə səhv xəbər yayırlar bizə keçərlər, İkinci dəfə yenə səhv xəbərlər yayarlar göz yumular, amma artıq üçüncü dəfə olsa, bu səhv xəbər ola-ola deyəcəklər ki, çıxardın qızları. Belə şeyləri düşünmək lazımdır. Biz hər gün efirdəyik. Biz də aparıcısını, jurnalistini, müğənnisini "vura" bilərik, amma etmirik. Hörmət hörmətə bağlıdır. Siz reytinq xatrinə necə 2 insanın həyatını məhv edə bilərsiniz axı?!

Sevil: Bizim də ailəmiz var. Anamız hər gün bizim verilişimizə baxır, saytlarda xəbərləri, edilən şərhləri oxuyur. 500 şərh gəlsə də, anam hamısını oxuyacaq. Fikrləşirlər ki, bunlar müğənnidirsə, küçədə qalmış və yiyəsizdirlər. Amma elə deyil, bizim ailəmiz var. Evə getdiyimdə görürəm ki, anam stres içindədir. Səbəbini soruşdum, dedi ki, xəbərləri oxuyub. Çox pis oldum. Anam xəstədir, ona əsəbləşmək olmaz. Mənə kanaldan zəng gələndə, saytlarda belə bir xəbər yayıldığını deyəndə, düşündüm yəqin montajdır. Çox həyəcan keçirdim. Artıq düşünürdüm ki, sabah ailəmi necə dolandıracam, harada iş tapacam. Nəyinsə xatirinə bu cür etmək olmaz. Heç videonu açıb baxmırlar, amma rəylərdə bizi, nəslimizi söyürlər. Şou-biznesdə dostlarımız çox azdır. Çingizin konsertinə gedəndə çox kompleks yaşadım. Az qala başıma paket geyinib gəzmək istəyirdim ki, məni heç kim görməsin.

Xəbərlər     Baxılıb: 4012   Tarix: 24 noyabr 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək

Qəhvə istehlakı ilə bədən quruluşu arasında əlaqəni araşdıran yeni elmi iş maraqlı nəticə ortaya qoyub. Məlum olub ki, daha çox qəhvə içən insanlarda bədən və qarın nahiyəsindəki yağ göstəriciləri daha aşağı ola bilər. xəbə

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

turlar.az

gozel gorunmek qis geyimləri 2026 kosmetika mehsullari cinsi mövzular stil və moda cinsi zəiflik kokteyl paltarlari kosmetika novruz hakisdalari arıqla dovsan janrlar haxisdalar