Nazir dedi ki, müəyyən vaxtdır, heç kəsə Fəxri ad verilmir. - Zamfira Sadıxova

Nazir dedi ki, müəyyən vaxtdır, heç kəsə Fəxri ad verilmir. - Zamfira Sadıxova"Mən Əməkdar artistəm, Xalq artisti adı istəyirdim. Xahiş etdim, nazir dedi ki, müəyyən bir vaxtdır, heç kəsə Fəxri ad verilmir".
azxeber.com xəbər verir ki, bunu aktrisa Zemfira Sadıxova OLAY-a açıqlamasında deyib.
O bildirib ki, Mədəniyyət naziri Adil Kərimli ilə görüşdə Xalq artisti adı ilə bağlı xahiş edib:
"Xahişim Xalq artisti adı ilə əlaqədar idi. Mən Əməkdar artistəm, Xalq artisti adı istəyirdim. Xahiş etdim, nazir dedi ki, müəyyən bir vaxtdır, heç kəsə Fəxri ad verilmir. Ona görə də sizə ad verə bilmirik. İnanmıram ki, yaxın zamanda gündəmə gəlsin. Əgər bu müddət ərzində yığışdırılıbsa, deməli heç olmayacaq".
Aktrisa qeyd edib ki, daha öncə ev verilməsi ilə bağlı xahiş edib, verilməyib:
"25 ildir qızımın evində qalıram. Çünki ürəyimdən əməliyyat olunanda evimi satmışdım. Qızımın evində qalmağa məcbur idim. Ev də vermədilər. Getmişdim ki, bəlkə Xalq artisti adı verərlər. Mənə 1970-ci ildə Minsk şəhərində ən yaxşı aktrisa oyununa görə fəxri mükafat vermişdilər. "Dəli Kür"dəki Mələk obrazına görə...
Sonra bir çox xarici filmlərin dublyajında yer almışam, Gürcüstanda, Azərbaycanda, Moskvada filmlərə çəkilmişəm. 85 yaşım var, kino fəaliyyətimin 60 illiyidir. Axırıncı dəfə 2019-da "Qış nağılı" filminə çəkilmişəm, vəssalam. O qədər filmlərdir. Yəqin ki, bu da mənim bəxtimdən asılıdır. Bu yaşa gəlib çatdım, Xalq artisti adı ala bilmədim. Bu qədər Xalq artistləri var, heç camaat tanımır, məni isə tanıyırlar, sevirlər. Nazir özü dedi ki, Zemfira Sadıxova brenddir. Sağ olsun, qiymətləndirdi, başa düşdü. Bilir ki, mən necə sənətkaram. Xarici görünüşdən danışmıram, göz qabağındadır".

Şou Biznes     Baxılıb: 1230   Tarix: 21 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

"Ana-oğul" arasındakı 9 yaş fərqi müzakirə yaratdı

Türkiyənin Adana şəhərində "Güneşin doğduğu yer" adlı yeni serialın çəkilişlərinə başlanılıb. xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb. Serialda məşhur aktyor və aktrisalar - Burak Özçivit, Sibe

.

Ronaldo və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb

Futbol üzrə Portuqaliya millisinin və "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu Corcina Rodriqeslə rəsmi nikaha daxil olub. Cütlük toy mərasimindən bir gün əvvəl nikah müqaviləsi imzalayıb. Müqaviləyə əsasən

.

Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq

Televiziya aparıcısı Elgiz Əkbər həftə içi 5 gün öz "YouTube" kanalında veriliş aparacaq. xəbər verir ki, o, özü bu barədə məlumat verib. Elgiz Əkbər bildirib ki, istənilən mövzu ilə bağlı ona müraciət etmək mümkündür:

.

Dünyanın ən gözəl qadını seçildi

73-cü "Miss Dünya" gözəllik müsabiqəsi başa çatıb. Bu il tarixdə ilk dəfə Vyetnamda, Khanh Hoa əyalətində keçirilən müsabiqənin qalibi Dominikan Respublikasını təmsil edən Cohayri Mola olub. O, müsabiqənin əsa

.

Yeni boşanan aktrisa məşhur serialda

Türkiyəli aktrisa Saadet İşıl Aksoy yeni seriala çəkilir. Aktrisa "A.B.İ" serialında rol alacaq. O, "Rüya" obrazına həyat verəcək. Qeyd edək ki, aktrisa bir müddət əvvəl 12 illik həyat yoldaşı, iş adam

.

Əvvəl "Səfir" idi, indi "Abi

Türkiyənin məşhur aktyoru Erdal Küçükkömürcü "Daha 17" serialının heyətinə daxil olub. "Pastel Film" tərəfindən hazırlanan və "Kanal D"də yayımlanan serialın 15-ci bölümündən etibarən Küçükkömürc

.

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Müğənni Nahidə Babaşlı toy tarixini açıqlayıb. Bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Nahidə Halim Baydudla 07.07.2027 tarixində toy edəcəyini bildirib. Qeyd edək ki, üç il əvvəl Serkan Küçükceylandan boşanan müğənn

.

Nadir Qafarzadədən nəvəsi ilə bağlı paylaşım - FOTO

Müğənni Nadir Qafarzadə öz adını daşıyan nəvəsi ilə paylaşım edib. . İfaçı nəvəsi ilə çəkdirdiyi fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, N.Qafarzadənin iki oğlu və iki nəvəsi var. /

.

Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo nişanlısı Corcina Rodrigezlə evlənib. Bu barədə məlumatı futbolçu özü təsdiqləyib. Ronaldo sosial media hesabında Corcina ilə nika

turlar.az

aksessuarlar geyim şəkilləri qadin sayti gəlinliklər suni mayalanma terminlər dolmalar kosmetika novruz bayramina aid novruz hakista hakiwda arxadan olmag veten haqqinda bayatilar