Nazirlik məlumat yaydı: bu şəxslər yüksək məbləğdə cərimələnəcək

Nazirlik məlumat yaydı: bu şəxslər yüksək məbləğdə cərimələnəcəkBu günlərdə sosial şəbəkədə bir qrup şəxsin Göygöl Milli Parkının Maral göl ərazisində donmuş göl üzərində dırnaqarası istirahətini nümayiş etdirən video görüntülər yayılıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüntülərdə onlar xüsusi mühafizə olunan ərazidə kef məclisi quraraq icazə verilməyən yerdə, gölün üzərində manqal qoyub kabab çəkib, müxtəlif qanunsuzluqlar törətməklə bərabər, hətta donmuş gölə atəş də açıblar. Bu şəxslərin təbiətə, əfsanəvi Maral gölə qarşı vandal münasibəti haqlı olaraq sosial şəbəkə iştirakçıları tərəfindən qınaq obyektinə çevrilib.

Maral göl ərazisində bir qrup şəxsin törətdiyi bu qanunazidd hərəkətlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dərhal araşdırmalara başlanılıb. Maral göldə müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yaydıqları görüntülər təhlil edilib və bir neçəsinin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, 3 yanvar 2017-ci il tarixində Samir Sadıqov, Asif Quliyev, Azər Qarayev və digərlərindən ibarət 7 nəfərlik qrup qanunla müəyyən edilmiş qaydaları pozaraq Maral göl ərazisinə daxil olublar. Qrup üzvlərinin hamısı hazırda müxtəlif ünvanlarda yaşayan Kəlbəcər rayon sakinləridir. Digərlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Aparılan araşdırma zamanı o da müəyən edilib ki, bu şəxslər sivil qaydada bilet alaraq Milli parkın giriş qapısından deyil, Toğana kəndi istiqamətindən dolayı yollarla atlar vasitəsi ilə qanunsuz olaraq Goy göl Milli parkının ərazisinə daxil olub və Maral göldə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər.

Yol verdikləri qanunsuz hərəkətlərə görə bu şəxslərin ən yüksək məbləğdə cərimələnməsi istiqamətində hazırda sənədləşmə işləri aparılır. Eyni zamanda Göy göl Milli Parkının aidiyyəti üzrə mühafizə işlərinə cavabdeh olan şəxslərinin və rəhbərliyinin dairəsi müəyyənləşdirilir. İşlərində yol verdikləri səhlənarlığa görə onlara qarşı qanunvericiliyə uygun intizam cəzası tətbiq ediləcək.

LENT BÖYÜT
15 Yanvar 2017
Nazirlik məlumat yaydı: bu şəxslər yüksək məbləğdə cərimələnəcək - ADLAR 15:45
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının bu prospekti sabahdan bağlı olacaq 15:41
İran nüvə razılaşması ilə bağlı ABŞ-a xəbərdarlıq edib 14:53
Ana söyüşünə görə dalaşan Kamranı ağır cəza gözləyir - VİDEO 14:35
Hadisə verilişə yarıçılpaq çıxdı - FOTOLAR 14:18

Xəbərlər     Baxılıb: 1727   Tarix: 15 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

turlar.az

geyim şəkilləri toy gecesi geymler 2026 cennet almasi murebbesi pnevmoniya xesteliyi kətə reseptləri qara qarağat kosmetika xanım az haxisda zencefil nizami gəncəvi sevda