Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"O bu gün haqqın dərgahındadır. Haqqım ona halal olsun. Allah günahlarını bağışlasın".
azxeber.com xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva həmkarı, illər öncə böyük qalmaqal yaşadığı Xalq artisti İlhamə Quliyevanın ünvanına deyib.
"Rəngarəng" verilişinin komandası ilə İlhamə Quliyevanın məzarını ziyarət edən Dostəliyeva , zamanında məhkəməlik olduğu və təzminat ödədiyi həmkarına halallıq verib:
"O bu gün haqqın dərgahındadır. Haqqım ona halal olsun. Allah günahlarını bağışlasın. İlhamə xanım böyük sənətkar idi və incəsənətimiz, mədəniyyətimiz üçün əməyi çox olub. Hər zaman ölkəmizin adını ucaldıb. Bu gün bir daha onun məzarının başında deyirəm ki, haqqımı ona halal edirəm, Allah ona rəhmət eləsin. Hamımız torpağa gedəcəyik. Sənət adamları nə qədər mehriban olsa, bir o qədər Allahın rəhmətini qazanarıq. O böyük sənətkarların övladı idi. Bu gün onun məzarına gəlməyi özümə borc bildim."
Qeyd edək ki, mərhum İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onu efirdə parodiya etməsinə qəzəblənərək məhkəməyə vermişdi. Nazpəri qarşı tərəfə 25 min manat təzminat ödəmişdi.
Aysel









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın