"Nə atam, nə qardaşım arxamda olmayıb" : Rəqsanə- VİDEO
"Rusiyada yəhudilərin bütün toylarında iştirak edirəm. Onlar mənə övladlarımı dolandırmaq üçün ruzi verirlər. Onlar toya məni çağırırlar, deyim başqasını dəvət edin?".
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Rəqsanə İsmayılova rejissor Nail Naiboğlunun "Stop" layihəsində deyib. O bildirib ki, hər janrda mahnı oxumaqla məşhurlaşıb:
"Emin Kəriminin də bəstəsini ifa etdim, "İnanırım" da oxudum. Məni qara camaat sevdi, qəbul etdi. Bu gün bəyənilməyən qara camaatın Rəqsanəsi oldum. İndi təbəqələrə bölürlər, "elit təbəqə" deyirlər".
Əkiz uşağa hamilə olan Rəqsanə bunu həyat yoldaşının istəyi ilə etdiyini söyləyib:
"Həyat yoldaşımı həddindən artıq istəyirəm. Həm dost, həm həyat yoldaşı, həm də övladlarıma arxa çıxan biridir. Hamilə qalmaqla onun arzusunu yerinə yetirirəm.
İndiyənə kimi hər şeyi tək etmişəm. Gördüyüm əziyyətə heç bir kişi də dözməzdi. Nə atam, nə qardaşım arxamda olmayıb. İndikilərin hərəsini bir kişi saxlayır. Məni saxlayan kişi də olmayıb. Elə çətinliklərim olub ki… Anama demişəm ki, bizim qohumlarımız da qırılıblar? Hər qadına ailə lazımdır. Durduğum yerdə 35 yaşında ailə qurmadım ki… Qızlarım üçün ailə qurdum. Onların gələcəyi, ərə getməyi var. Düşündüm ki, övladlarıma ata lazımdır.
Ətrafımdakı qeyrəti olmayanlara görə Moskvaya getdim. İndi onların başına mənə etdikləri gəlir".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz