Nə biləydik (Nüsrət Kəsəmənli)

Nə biləydik (Nüsrət Kəsəmənli)

Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
İkimizin aramızda öləcək...

Ulu sevgi göydən yerə endimi,
Nə dayandı yolumuzun üstündə?
Bu məhəbbət soyuduqca,sən demə,
Can verirmiş qolumuzun üstündə.

Hər görüşə sürünürdü ayaqlar...
O çəmənlər bir baharlıq səməni.
Dodaqları yandıranda dodaqlar
Ürəyimiz üşüyürmüş,deməli.

Əyləncələr qoymadı ki,göz açaq,
Hər istəyi bir beləcə bitirdik.
Payız gəldi toy-bayramla,biz ancaq
Yarpaq-yarpaq günümüzü itirdik.

Şirin oldu yalanların zəhəri,
Həqiqəti gizləmişik həmişə.
Sevgililər oyaq açdı səhəri,
Biz axşamı gözləmişik həmişə...

Yuxu gördük...gah qorxulu,gah da şən,
Boğdu bizi tərəddüdlər axarı.
Yuxularda əllər gördük birləşən,
Ha yozduqsa hicran oldu axırı.

Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
Üzümüzə baxa-baxa öləcək...

Maraqlı     Baxılıb: 4972   Tarix: 29 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

turlar.az

makiyaj etmek qaydalari qis geyimləri 2026 yaz geyimleri 2026 dərslər ləkə üçün maskalar döş əmən kişilər analiq məktəbi kosmetika atalar sozleri şebnem tovuzlu novruza aid atalar sozu cinsi