Nə üçün bəzi adamlar riyaziyyatı anlamır?

Nə üçün bəzi adamlar riyaziyyatı anlamır?Elmlər şahı çoxlarına çətin gəlir: düsturlar, loqarifmlər, inteqrallar və sinusoidlər bəzən, hətta ən cəsur və ürəkliləri də hürküdür. Bəs, təkcə paraleloqramı paralelepipeddən, üçbucağı kvadratdan ayıra bilmirsizsə, necə olsun?
Riyazi qabiliyyətin olmaması, yəni diskalkuliya zəif öyrənilib. Amma statistika inadkardır və deyir ki, dünyada uşaqların 5-7%-i diskalkuliya ilə yaşayır. Söhbət triqonometriya, stereometriya və "mənə həyatda bu lazım olmayacaq" bəndinə düşənlərin anlanılmamasından getmir, söhbət 4 + 3 = problem hallarından gedir, hərçənd ki, sənin artıq beş, hətta on yaşın yoxdur. Bu psixonevroloji pozuntunun çarəsi yoxdur.
Xəstəlikdir ya yox?
Milli.Az "Ailə Həkimi"nə istinadən bildirir ki, diskalkuliya haqqında sərbəst pozuntu kimi yalnız bu əsrin əvvəlində danışmağa başladılar. 2001-ci ildə Böyük Britaniyada onu rəsmən təlim qabiliyyətsizliyi kimi qəbul etdilər. Diskalkuliya Beynəlxalq xəstəliklər təsnifatına daxil edilib, lakin mütəxəssilər arasında onun xəstəlik olmasına dair fikir ayrılığı mövcuddur. Bu pozuntudan əziyyət çəkən uaqları riyaziyyatla sadəcə çətinliyi olan uşaqlardan ayırmaq mümkündür.
Diskalkuliya zamanı uşaq yalnız riyaziyyatı ağır mənimsəyir, belə ki, geriləmə ümumi intellekt səviyyəsinə və digər fənləri mənimsəmə səviyyəsinə ziddir. Uşaq zaman və məkan orientasiyasında çətin­lik çəkir, məntiqi-qramatik konstruksiyalarla bağlı problem yaşayır. Neqativ yaddaş fenomeni formala­şır: pozuntusu olan uşaqlar öz səhvlərini düzgün cavablardan tez yadda saxlayır, riyazi məsələlərlə təkbaşına qalmaqdan panik qorxu keçirir. Yaşından asılı olmayaraq, diskalkuliyalı adamlar sosiuma çətin uyğunlaşır, yüksək həyəcanlılıq keçirir.
Məsələ irsidir?
Diskalkuliya, adətən, anadangəlmə pozuntudur. Bu diaqnoz qoyulan uşaqların valideynlərindən biri də riyaziyyatı pis qavrayır. Amma bəzən iqtisadçıların və nüvə-fizikçilərin ailəsində də riyazi qabiliyyəti olmayan uşaqlar doğulur. Lakin diskalkuliyanı həyat boyu alınan psixoloji travmaların nəticəsində də qazanmaq mümkündür. Misal üçün, səhvlərə görə danlanan və zorla rəqəmləri öyrənməyə vadar olan uşaqlar özünə qapanır, inamsız olur, riyaziyyatı öyrənmək istəmir. Sonrada diskalkuliya formalaşır.
Bəzən uşaq bağçası, məktəb və universiteti geridə qoyan yetkin adamlarda da keçirilmiş kəllə-beyin travmaları nəticəsində hesab qabiliyyəti itir. Ağır beyin zədələri nəticəsində pozuntunun son mərhələsi akalkuliya yaranır, insan ən sadə riyazi hesablama bacarığını itirir, rəqəmlərin yazılışında çaşır, şifahi hesabda dolaşır. Məsələnin sualına cavab verməzdən əvvəl standart arifmetik qabiliyyətli adamdar onun şərtini öyrənir, təhlil edir, başında həlli planını cızır və yalnız axırda müəyyən arifmetik hesablamalar apararaq düzgün cavab alır.
Beyin zədəsi almış insanlar isə nitq və məntiq problemləri yaşayır, bölmə, vurma, toplama və çıxmanı bacarır, lakin hansını nə vaxt etməyi bilmir, "ata oğuldan böyükdür", "kölgə qələmdən uzundur" kimi ifadələri ağır anlayır, məsələnin mətnindən tam informasiyanı çıxarmağı bacarmır və şərti anlamadıqlarından düzgün cavab alınmır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1021   Tarix: 13 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

adlarin menasi gelinlikler yaz geyimleri 2026 qadindunyasi.az valideynlərə məsləhət xəyanət dondurma kosmetika irem derici dostluq kahfe falı qadin.az zəhmət