Nə zaman KÖP təhlükəli xəstəliyə işarə edir? - Simptomlar
Adətən köpün səbəbi qida olur. İnsan çoxlu miqdarda meyvə, tərəvəz, paxlalılar, şirniyyatlar yeyəndə köp yaranır.
Həmçinin stress, seliakiya, qıcıqlanmış bağırsaq sindromu da köpə səbəb ola bilər.
Lakin bəzən köp həzm və cinsiyyət sistemində (bu əsasən qadınlara aiddir) xərçəngin inkişafına işarə edə bilər. Bildiyimiz kimi, xərçəng uzun müddət ərzində özünü büruzə vermir. Bu səbəbdən orqanizmdə baş verən proseslərə ciddi yanaşmaq, istənilən dəyişiklik hiss etdikdə həkimə müraciət etmək lazımdır.
Əgər insan tez-tez təkrarlanan köpdən əlavə özündə aşağıdakı simptomları hiss edirsə, vaxt itirmədən həkimə müraciət etməli və lazım olan müayinələrdən keçməlidir. Milli.Az saglamolun.az-a istinadən bu simptomlarla tanış edir.
1. Səbəbsiz arıqlama.
2. İshal və ya qəbizlik, tezləşmiş nəciz ifrazı, qəbizliklə ishalın növbələşməsi, nəcisin rənginin dəyişilməsi, nəcisdə qan.
3. Keçməyən və heç nə ilə izah olunmayan yorğunluq.
4. İştahanın azalması, qidanın az miqdarda qəbulundan sonra ağırlıq və toxluq hissi.
5. Köplə yanaşı qarın nahiyəsində ağrılar.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir