"Necə qışqırdımsa, təzyiqim qalxdı" - Xalq artisti olan aktrisa
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" sərəncamına əsasən xalq artisti adına layiq görülən Naibə Allahverdiyeva təəssüratlarını bölüşüb.
Axşam.az-a açıqlama verən aktrisa bildirib ki, xəbəri eşidəndə həyəcandan təzyiqi qalxıb:
"Həyatımda bir qızım dünyaya gələndə belə sevinmişdim, bir də indi. Mayın 28-də həm ölkəmizdə gözəl bayramdı, həm də mənim ad günümdür. Yubileyim ərəfəsində ən böyük hədiyyə "xalq artisti" adı almağım oldu. 30 ildir sənətdəyəm, mənə verilən bu qiymət əvəzolunmazdır.
Səhər Həsən adlı aktyor dostum zəng vurub təbrik etdi. İnanmadım ki, zarafat edir. Axşam "Leyli və Məcnun" tamaşasında oynayacam. Sevincimdən necə qışqırdımsa, qan təzyiqim yüksəldi. Adam sevincdən ölə bilərmiş. Həyat yoldaşıma zəng etdim ki, gəl yanıma, pisəm. Prezidentimizə təşəkkür edirəm, çalışacam bu etimadı doğruldum".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin