Neçə yaşdan sonra sürətlə kökəlirik? - İLGİNC SƏBƏBLƏR

Neçə yaşdan sonra sürətlə kökəlirik? - İLGİNC SƏBƏBLƏRYəqin ki, 40 yaşdan sonra maddələr mübadiləsinin zəiflədiyini və insanların sürətlə kökəlməyə başladığını eşitmisiniz. Lakin elm dünyası bu barədə yeni nəticələr əldə edib.
Milli.Az xəbər verir ki, 40 yaşdan sonra metabolizma həqiqətən yavaşlayır, ancaq bu yavaşlamanın tempi çox azdır. Bəzi tədqiqatçılarsa zəifləməni minimal adlandırır! Əgər ciddi metabolik pozğunluqdan əziyyət çəkmirsinizsə, köklüyün səbəbi yaş deyil.
Metabolizmanın fərqli mərhələləri var.
İstirahətdə metabolizma - bazar günü səhər divanda yatarkən vücudumuzun nə qədər enerji sərf etməsidir. Bu, boy, cinsiyyət, irsiyyət və s. kimi daimi amillərin birləşməsindən asılıdır. Və burada nəyisə xüsusi dəyişdirmək mümkün deyil.
Bundan əlavə, maddələr mübadiləsinin daha üç mərhələsi var və hamısı aktivdir. Ümumiyyətlə onlar haqqında deyilir ki, müəyyən qidalar və ya hərəkət növləri maddələr mübadilənizi "zəiflədə" və ya "sürətləndirə" bilər.
Birinci mərhələ yemək yeyən zaman maddələr mübadiləsidir. Məlum olur ki, çeynəyərkən, udduğumuz və həzm etdiyimiz zaman da az miqdarda kalori yandırırıq (gündəlik normanın təxminən 10% -i). Buna "yeməyin istilik effekti" deyilir. Əgər stimullaşdırıcı içkilər (məsələn, yaşıl çay və ya qəhvə) içsəniz və ya çox miqdarda protein və çili bibərindən istifadə etsəniz, proses sürətlənə bilər. Ancaq bu şəkildə arıqlamağa ümid etməyin, araşdırmalarda sübut edilib ki, qramdan söhbət gedir. Maddələr mübadiləsini sürətləndirən məhsulların piyləri yandırmaq effekti çox azdır.
Birbaşa aktiv kalori yandırmanın ikinci mərhələsinə keçmək daha yaxşıdır! Bu, hərəkətdir. Hər hansı hərəkət - pilləkənlə qalxmaq, ofis ətrafında gəzişmək və ya idmanda tər tökməklə daha çox kalori yandırırsınız. Bu, ikinci mərhələdir - məşq zamanı metabolizma.
Ondan sonra üçüncü mərhələ başlayır: biz istirahətdəyik, amma kalorilər hələ də "yanır". Yəni kilo vermək baxımından məşqdən sonra divanda yatmaq əvvəlkindən daha təsirli olur. Buna "oksigen borcu" deyilir - yüklənmə artıq bitib və bədəndə oksigen ətalət üzrə yüksəldilmiş templə yandırılmağa davam edir.
Beləliklə, arıqlamaq istəyirsinizsə, yalnız son iki mərhələ vacibdir.
Eyni zamanda yüklərin xarakteri də vacibdir. Məsələn, bir çox insan düşünür ki, qantel, ştanq və digər bu kimi ağırlıq məşqləri artıq çəkini daha səmərəli yandırmağa imkan verir. Lakin tədqiqatlar bunu təsdiqləmir. Fakt budur ki, vücudumuzun müxtəlif orqanları və hissələri fərqli sayda kalori yandırır və burada əzələlər ilk növbədə deyil. Məsələn, beyin, qarın əzələlərindən daha çox kalori istehlak edir.
Luiziana Universitetinin Biotibbi Mərkəzinin genetika üzrə professoru Klod Bouçardın sözlərinə görə, beyin fəaliyyətinin funksiyası istirahətdə metabolizmanın 20% -ni təşkil edir:
"Sonra ürək gəlir, dayanmadan işləyən ürək metabolizmanın 15-20%-ni təşkil edir. Sonra - böyrəklər, ağciyərlər və digər toxumalar gəlir. Təxminən 20-25% əzələlərin öhdəsinə düşür".
Məşq, sağlamlığı yaxşılaşdıran vərdiş olsa da, onun maddələr mübadiləsini əhəmiyyətli dərəcədə sürətləndirməyə kömək edəcəyini gözləməyin. Ürəyin aktiv döyündüyü, ağciyərlərin güclü nəfəs aldığı ürək məşqləri - bir çox orqanların işlədiyi hərəkət növləri daha yaxşı təsir göstərir:
gəzinti
qaçış
üzgüçülük və s.
Yekunda bu nəticəyə gəlirik ki, sirr sadə və olduqca darıxdırıcıdır: birincisi, yaşa dolduqca daha az hərəkət edirik, gəzirik və daha çox otururuq. İkincisi, bədənimizin qidaya olan ehtiyacının fərqinə varmırıq. İştaha nəzarət edən mexanizm yaşlaşdıqca daha pis işləməyə başlayır; nə vaxt dayanmaq lazım olduğunu başa düşmürük və özümüzü yükləyirik.
Yalnız bir nəticə var: hər şeydə maddələr mübadiləsini günahlandırmayın, bu, onunla bağlı deyil. Daha çox hərəkət etməli və porsiyaları azaltmalısınız. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1425   Tarix: 16 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

sac duzumleri toy makiyaji sekilleri qadın geyimi dil haqqinda atalar sözləri geyimler 2026 bu ilin cantalari atalar sozu elm haqqinda kosmetika kahfe fali masqalar gozellik saglam qidalanma kondom