Neftçilər və Qara Qarayev istiqamətində yaşayanlara ŞAD XƏBƏR
1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dəyişikliyə əsasən, son dayanacaq məntəqəsi olaraq, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi deyil, metronun Neftçilər stansiyası ətrafı müəyyən edilib. Belə ki, 1 nömrəli marşrut üzrə avtobuslar şəhər mərkəzindən gələrkən Heydər Əliyev prospekti ilə hərəkət edərək Mikayıl Əliyev küçəsindəki dairədən, eləcə də Mehdi Abbasov və Azər Manafov küçələrindən keçməklə Qara Qarayev prospektinə daxil olaraq "Dakar" meydanınadək hərəkət edəcək. Məqsəd, Qara Qarayev prospekti və ətraf ərazilərdə yaşayan sakinlərin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin etməkdir.
Məlumat üçün bildiririk ki, 1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 18 fevral tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edir.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
5 ədəd badam yeyib idman et, gör NƏ OLUR