Neqativ verilişlərə baxanları bu xəstəliklər gözləyir
Hər gün xəbərləri oxumaq, neqativ xəbərlərə maraq və sosial verilişlərə baxmaq fonunda real ağır xəstəliklər yarana bilər.
Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, psixoloq Darya Duqenskaya neqativ xəbərlərin orqanizmə təsirindən danışıb.
"İlk növbədə sinir və psixi problemlər başlaya bilər, gərginlik, təşviş artır, eləcə də immunitet düşür, təzyiq qalxır.
Elə xəbərlərə baxan nevroz, təşvişli insanlarda qəribə simptomlar yaranır və onlar özlərində istənilən xəstəliyi axtarmağa meyillidir.
Bəzən bunlar özünətəlqin olsa da, sonradan real nəticələrlə özünü göstərir.
Belə adamlar özlərini pozitiv, neytral xəbərlərlə əhatə etməlidir, epidemiya, müharibə, faciələr barədə neqativ xəbərləri izləməməlidir.
İmmunitet zəiflədikdə digər infeksion xəstəliklərə həssaslıq olur.
Alimlər sosial şəbəkələrdə keçirilən vaxtı gündə 3 saatan artıq keçməməyi tövsiyə edir.
Xəbərlərə isə sutkada cəmi 20 dəqiqə ayıra bilərsiz.
Əgər siz nevroz, psixoloji, psixoz, təzyiq xəstəsinizsə, ümumiyyətlə, kənar xəbərlərə baxmayın".
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi