Nevropatoloq: Depressiya demensiyanı imitasiya edə bilir

Nevropatoloq: Depressiya demensiyanı imitasiya edə bilirDemensiya xroniki gedişli ümumi əlamətlərlə müşayiət olunan, koqnitiv funksiyaların tədricən azalmasına səbəb olan xəstəlikdir. Diaqnozu kliniki laborator və nevroloji təzahürlərə görə qoyulur. Demensiya istənilən yaşda yarana bilər. Lakin əsasən yaşlılarda qeydə alınır və onların əksəriyyətinə mütləq evdə nəzarət etmək lazım gəlir.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova məlumat verib.
O bildirib ki, demensiyanın bir neçə forması var. Bunlara Altsheymer xəstəliyi və onabənzər forması, beyin qabıq və qabıqaltı forması, geridönməz və potensial geri dönə bilən forması, tez-tez rastgəlinən və nadir rastgəlinən formaları aiddir. Ümumiyyətlə demensiyanı ağıl zəifliyi ilə qarışdırmaq olmaz. Demensiya əsasən yaddaşa təsir edir. Bu, baş beynin anatomik dəyişikliyinə bağlıdır. Proses tədricən inkişaf edir və əsasən geri dönmür. Əsasən diqqət pozulması olur ki, bunu bəzən delireya, yəni ağıl zəifliyi ilə qarışdırırlar. Delireyada da diqqət pozulması olur, kəskin xəstəliklər, beynin toksiki zədələnməsi zamanı yaranır və çox vaxt geri dönən olur. Hər iki xəstəliyi bir-birindən fərqləndirmək olar.
Onun sözlərinə görə, demensiyanın əmələ gəlməsi birincili neyrodegenerativ xəstəliklər və digər səbəblərdən baş verə bilər: "Həmçinin demensiya Parkinson, Gentinqton xəstəliklərinin, proqressivləşən qabıqaltı iflicin, o cümlədən bir neçə səbəbin təzahürü kimi üzə çıxa bilər.
Beynin bir sıra orqanik xəstəlikləri - normotensiv hidrosepaliya, xroniki subdural hematoma, metobolik pozulmalar, hipotireoz, xroniki defisitli zəhərlənmələr və s. koqnitiv funksiyaların tədricən azalmasına səbəb olur, lakin əsas müalicədən sonra bərpa olunur. Depressiya demensiyanı imitasiya edə bilir. Ona görə də bəzən bunu psevdodemensiya da adlandırırlar. Bu iki xəstəlik çox vaxt tez-tez bir-birini müşayiət edir. Həmçinin depressiya demensiyanın ilk simptomu da ola bilər.
Demensiyanın ilkin əlamətlərinə yaddaşın itirilməsi, getdiyi yerdən qayıdarkən səhvə yol vermək, ünvanı çaşdırmaq, adları və yerləri xatırlaya bilməmək, danışmaq, oxumaq, yazmaq qabiliyyətinin azalması, daha çox beynin emosiyalara nəzarət edən hissəsi zədələnənlərdə müşahidə olunan emosional dəyişikliklər aiddir. Demensiyalı insanlarda qorxu, qəzəb, kədər, sevinc hissləri tez-tez təkrarlanır. Sonrakı vaxtlarda əlamətlər şəxsi problemlər daşıyır və getdikcə onlar başqalarından asılı vəziyyətə düşürlər.
Diaqnozu əsasən kliniki əlamətlərə, geniş anamnestik məlumatlara və laborator və bir sıra müayinələrə əsasən qoyulur. Lakin demensiyanın sadə bir testi yoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 47,5 milyon insan demensiyadan əziyyət çəkir. Belə fərziyyələr var ki, 2020-ci ilə qədər bu rəqəmin təqribən 135 milyon olacaq.
Demensiya zamanla beyinə zərər verir. Belə ki, yaşanan psixoemosional gərginliklər, məlumatların daha çox olması, istirahətin azlığı da belə insanlara mənfi təsir göstərə bilir. Lakin xəstəliyin dəqiq səbəbi bilinmir.
Demensiyanın bütün növləri proqressiv xəstəliklərdir. Müalicədə əsas məqsəd bu prosesi ləngitməkdən, onu olduğu kimi saxlamaqdan ibarətdir. Bir insanı xəstəlikdən əvvəlki vəziyyətə qaytarmaq çox zaman çətinlik törədir və bəzən də mümkün olmur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1445   Tarix: 03 avqust 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu tərəvəz əsl MÖCÜZƏDİR

Qulançar sağlam qidalanmada xüsusi yer tutan ən faydalı tərəvəzlərdən biri hesab olunur və bir çox xəstəliklərin profilaktikasında tövsiyə edilir. qafqazinfo-ya istinadən xəbər verir ki, bu tərəvəz A vitamini ilə zəngindi

.

Acqarına idman etmək OLAR? – Mütəxəssis xəbərdarlıq edir

Səhər yeməyi etmədən idmanla məşğul olmaq yalnız yüngül fiziki fəaliyyətlər zamanı uyğun hesab olunur. Daha ağır və intensiv məşqlərdən əvvəl isə orqanizmin enerji ilə təmin edilməsi vacibdir. Əks halda, başgicəllənmə v

.

ÜST "Hantavirus"la bağlı təcili brifinq keçirdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) narahatlıq doğuran son Hantavirus epidemiyası ilə bağlı təcili media brifinqi keçirib. xəbər verir ki, sosial media kanallarında canlı yayımlanan görüş zamanı virusun qlobal yayılma risk

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

ÜST-dən hantavirusla bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "MV Hondius" kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib. xəbər verir ki,o, Madriddə keçirilən mətbuat konfransınd

.

Dondurmanın bilmədiyimiz faydaları

Dondurma yalnız yay aylarının sevilən şirniyyatı deyil, eyni zamanda bir sıra faydaları ilə də diqqət çəkir.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, dondurma tərkibində olan süd məhsulları sayəsində kalsiumla zəngindir

.

Mədəniz narahatdırsa, bunları edin

Şişkinlik hiss etdikdə düzgün qidaları seçmək həzm sistemini rahatladır və qaz yığılmasını azaldır.  xəbər verir ki, bəzən az yesəniz də mədədə narahatlıq, sanki hədsiz yemiş kimi hiss edirsiniz. Bu vəziyyətdə qidalanmağınız

.

B12 çatışmazlığı üçün ideal 5 QİDA - gecə

Vitamin B12 çatışmazlığı yorğunluq, zəiflik və yaddaş problemlərinə səbəb ola bilər. Bu problemi təbii yolla aradan qaldırmaq üçün qidalanmaya diqqət etmək çox vacibdir. xəbər verir ki, aşağıdakı 5 qida B12 baxımından ə

.

Dar paltarların gizli təhlükəsi - İnfeksiya riski

Gündəlik həyatda dar paltarlar - xüsusilə cins şalvarlar və bədəni sıxan geyimlər - dəb baxımından cəlbedici görünsə də, sağlamlıq üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu cür geyimlə

turlar.az

adlarin menasi həkim məsləhəti gelinlikler hamilə qadın nə yeməli insani ariqladan qidalar soz haqqinda atalar sozu cəmiyyət kosmetika tanisliq heyati vətən pomidor kondom nedir