Nevrozlar və vegetativ distoniya sindromu

Nevrozlar və vegetativ distoniya sindromuVegetativ pozulmaları törədən əsas səbəblərdən biri də nevrozlardır. Vegetativ sinir pozulmaları ilə emosional mühit arasında xüsusi əlaqənin olması çoxdan tibb elminə məlumdur. Son zamanlar hətta psixovegetativ sindrom sözünün tibb elminə daxil olması bununla əlaqədardır.
Nevrozlar zamanı əvvəlcə emosional pozulmalar, sonra isə vegetativ dəyişikliklər meydana çıxır. Vegetativ əlamətlər nevrotik pozulmaların formasından və itensivliyindən asılı olaraq dəyişir. Bu özünü vegetativ pozulmalarda olan aşağıdakı patologiyalarla göstərir:
- asteniya
- depressiv vəziyyət
- qorxu
- ipoxondrik təzahürlər
- qorxu
- yuxunun pozulması.
Son illərdə vegetativ sinir sistemi patologiyalarının əmələ gəlməsində nevrozların bir çox əlamətlərinin xəstəlikönü hal kimi qiymətləndirilir. Bu əlamətlərə "təşviş hücumları" diaqnozu aiddir. "Təşviş hücumları"na təngnəfəslik, ürəkdöyünmə, döş sümüyü arxasında xoşagəlməz hisslər və ya ağrı, boğulma, tənəffüsün ağırlaşması hissi, başgicəllənmə, səndələmə, bayılma, əsmə və titrəmə, ölüm qorxusu, dəli olmaq qorxusu və s.aiddir. Əgər xəstələrdə bu əlamətlərdən 4-ü 3 həftə ərzində 3 və artıq baş verərsə, bu zaman "təşviş hücumları" diaqnozu təsdiq edilir. Bu diaqnozun qoyulması isə xəstənin gələcəkdə vegetativ sinir sistemi xəstəsi olmasının təsdiqləyir.
Vegetativ pozulmalar xəstəni ürək, mədə-bağırsaq, damar keçiriciliyinin pozulması, endokrin sistemin xəstəlikləri əlamətləri ilə narahat edir.
Müalicə zamanı su prosedurları, müalicə idmanı, sinir sistemini sakitləşdirən dərmanlardan istifadə edilir. Xəstəliyin əmələ gəlməsində digər amillərin rolu varsa, aradan qaldırılır. Daxili və endokrin sistemin xəstəlikləri müşahidə edildikdə, klimaks, allergiya zamanı əsas xəstəliklərin də müalicəsinin aparılmasının vegetativ pozulmaların aradan qaldırılmasında rolu böyükdür.
Xəstəliyin psixovegetativ olduğunu nəzərə alaraq emosional mühitin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1281   Tarix: 11 iyun 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?

"Allergiyanı tam aradan qaldırmaq hər zaman mümkün olmasa da, simptomları nəzarətdə saxlamaq və xəstəliyin təsirini azaltmaq mümkündür". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyə

.

Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu

Bağırsaq sağlamlığı təkcə həzm sistemi üçün deyil, həm də immunitet, enerji səviyyəsi və hətta psixi vəziyyətimiz üçün həlledici rol oynayır. Elm sübut edir ki, bağırsaq mikrobiomumuzu (orada yaşayan faydalı bakteriya v

.

İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏR

İdman zalına gedən həvəskarlar peşəkarlarla müqayisədə zədələnməyə daha çox meyilli olurlar. xəbər verir ki, mütəxəssislər bunu fiziki zəiflikdən çox, düzgün texnikanın olmaması və tələsik məşq etmə ilə izah edirlər. Peşəka

.

Hər 8 nəfərdən biri qəbul edir - Heç bir təsiri YOX İMİŞ

ABŞ-də aparılan yeni araşdırma yuxu problemləri üçün geniş istifadə olunan əlavələrin gözlənilən effekti vermədiyini ortaya qoyub. xəbər verir ki, tədqiqat nəticələrinə əsasən, melatonin qəbul edənlərin təxminən yarısınd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yorğunluq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ

Xroniki yorğunluq, halsızlıq və səbəbsiz çəki artımı çox vaxt gündəlik stress və iş yükü ilə əlaqələndirilsə də, mütəxəssislər bu əlamətlərin daha ciddi sağlamlıq probleminin göstəricisi ola biləcəyini bildirir. xəbər veri

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

.

Şüşə, yoxsa metal qab: Hansını ALAQ?

Qablaşdırma materialı yalnız "qutu" rolunu oynamır, eyni zamanda qidanın biokimyəvi tərkibinə təsir göstərə bilər. xəbər verir ki, bəzi metal konserv qablarının daxili örtüyündə istifadə olunan Bisfenol A (BPA

turlar.az

kosmetika mehsullari hamilelikde qidalanma makiyaj instagram yataqda sonsuzluq sızanaqlara qarşı xinayaxdi ucun sozler kosmetika gozde olar novruz bayramina aid veten haqqinda bayati sağlamlıq ginekoloq