New York şəhərində ər satılan mağaza

New York şəhərində ər satılan mağazaNyu York şəhərində maraqlı bir test həyata keçirilir. Testi olduğu kimi sizə təqdim edirəm. Buyurun tanış olun. Ancaq çalışın bloqpostu diqqətlə, düşünərək və başa düşərək oxuyun.

Bu test daha çox öz maraq dairəsini hələ də müəyyən etməyən və yaxud müəyyən etməkdə çətinlik çəkən dostlar üçün daha faydalı ola bilər. Keçək mətləbə, yəni ərlərin satıldığı mağazaya.

Mağaza 5 mərtəbədən ibarətdir və hər bir mərtəbədə satılan ərin qiyməti dəyişir. Yəni mərtəbə artdıqca ərin qiyməti də artır.

Bunun üçün 3 qayda vardır:

Əgər qadın bir mərtəbə qalxıbsa, əvvəlki mərtəbəyə geri düşə bilməz.
Qadın seçim edibsə, ərin geri iadəsi və ya dəyişilməsi qadağandır.
Bu mağazanı qadın ömründə cəmi bir dəfə ziyarət edə bilər. Yəni ikinci şansı yoxdur.
Günlərin birində bir xanım ərlərin satıldığı mağazaya daxil olaraq ər almaq qərarına gəlir.

Birinci mərtəbədə tabloda yazılanlar: "Bu mərtəbədə yaxşı pul qazanan və özünə yaxşı baxan kişilər satılır."

Qadın: "Nə yaxşı deyib, ikinci mərtəbəyə qalxır."

İkinci mərtəbədə tabloda yazılanlar: "Bu mərtəbədə yaxşı pul qazanan və özünə yaxşı baxan və uşaqları sevən kişilər satılır."

Qadın: " Super! Bu ki, əladır." Deyir və qalxır 3-cü mərtəbəyə.

Üçüncü mərtəbədə tabloda yazılanlar: "Bu mərtəbədə yaxşı pul qazanan, özünə yaxşı baxan, uşaqları sevən və ev işlərində kömək etməyi sevən kişilər satılır."

Qadın: " Ooo! Bu ki, ideal ər ola bilər, qadına başqa nə lazım ola bilər?" Deyir və böyük maraqla qalxır 4-cü mərtəbəyə.

Dördüncü mərtəbədə tabloda yazılanlar: "Bu mərtəbədə yaxşı pul qazanan, özünə yaxşı baxan, uşaqları sevən, ev işlərində kömək edən və eyni zamanda da romantik olan kişilər satılır."

Qadın: " Bu ki, əladır. Mən bu mərtəbədən bir ər almalıyam." Ancaq bir qədər düşündükdən sonra və həm də marağından dolayı, 5-ci mərtəbəyə qalxmaq qərarına gəlir."

Beşinci mərtəbədə tabloda yazılanlar: "Üzr istəyirik bu mərtəbədə ər satılmır. Siz – 1.965.784-cü ziyarətçi qadınsınız. Siz də daxil olmaqla bu mağazadan alış edərək əli dolu çıxan qadın hələki qeydə alınmamışdır."

Əslində məqalə faydalı məlumatlarla zəngindir. Ona görə ki, bu sınağı amerikalı psixoloqlar həyata keçirtmişlər və testin aparılmasında da məqsəd qadınların maraq dairələrinin sərhədlərini müəyyən etmək olub. Məqalədən də göründüyü kimi qadınların maraq daiərələri sərhədsizdir və elə bu sərhədsizliyin ucbatından da bu qədər qadın mağazadan əliboş çıxıblar. Kimisinə görə bu bloqpost gülməli görünə bilər. Ancaq belə sınaqlar onu göstərir ki, biz maraq dairəmizi müəyyən çərçivələrə salmasaq və ya sala bilməsək, tutduğumuz hər bir iş nəticəsiz qala bilər. Maraq dairəsi daha çox nəfsin idarə olunmasına gəlib çıxır. İnsan oğlu nə qədər nəfsindən asılı olursa da probelmləri də bir o qədər çox olur və yaxud başına gəlməyən hadisə qalmır və sonda da özünü bəxtiqara, bədbəxt adlandıraraq hər şeydən və hər kəsdən şikayət edərək, uğursuzluğunda ətrafındakıları və yaşadığı cəmiyyəri günahlandırır. Odur ki, hər birinizə maraq dairənizi nəfslə deyil, ağılla idarə etməyi arzulayıram.

Xəbərlər     Baxılıb: 1699   Tarix: 19 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

sade makiyaj sekilleri hamiləlik qadin dunyasi uşaqlara yemək hazırlama dini geyimler salatlar və qəlyanaltılar dirnaq ucun maskalar kosmetika maskalar xanım az sperma bakire klitor