Nəyə görə yaponlar tualetə duz qoyur? - Sağlamlığa faydası

Nəyə görə yaponlar tualetə duz qoyur? - Sağlamlığa faydasıYaponiyada evlərdə və restoranlarda, iş yerlərində kiçik qablara duzu təpə şəklində töküb, dekor kimi qapı ağzına, pəncərəyə, künclərə, hətta evin çölünə də qoyulduğunu görə bilərsiz.
Milli.Az medicina.az-a istinadən bildirir ki, yaponlar qədim əfsanəyə əsasən hələ də bu inancı yaşadırlar.
560 il əvvəl Yaponiyanın imperatoru Kiotonun qadınlara qarşı zəifliyi var idi. Onun sarayında 3000 kəniz saxlanılırdı. O, hər gün bir qadını seçməliydi. Bu seçimi isə o sevimli atına həvalə edirdi. At gedərək, hansı qapıda dayansa, o gözəl imperatorun qonağı olacaqdı. 
Kənizlərdən biri imperatorun xüsusi diqqətini qazanmaq üçün biclik işlədir. O, evinin kandarına duz səpir və at burdan keçərklən istər-istəməz duza görə o qapıda dayanır. Beləcə qadın ilin ən az 90 gününü imperatorun yanında keçirməyə nail olurdu.
O vaxtdan kandara duz qoyulması xüsusi uğur və xoşbəxtlik simvolu, eləcə də evə lazımi nüfuzlu adamların cəlb olunması simvolu hesab edilir. Hamam və tualetdə isə yaponlar ona görə duz qoyur ki, o zonalar evin ən neqativ enerjili hissəsi hesab olunur. Bu yerdə insan neqativ enerji hasil edir, bədənindən artıq zibil çıxır və yuyunaraq təmizlənir. Bu zaman duz həmin neqativi özünə çəkir.
Onlar 1-2 aydan bir duzu yeniləyir. Duzu qaba uçbucaq təpə, yəni piramida formasında tökürlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1536   Tarix: 28 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

donlar 2026 geyim dəbləri qadın geyimi geyim və ayaqqabılar emulqatorlar cemli piroq ayaqqabı modelləri kosmetika faydalı məsləhətlər şirin qoğal fitat novruz bayramina aid hakistalar usaq seirleri