Niyə onu əvvəlki kimi sevmirəm? – SƏBƏBLƏRİ

Niyə onu əvvəlki kimi sevmirəm? – SƏBƏBLƏRİVaxtilə dəlilər kimi aşiq olduğunuz insanı indi əvvəlki kimi sevmir və bu münasibəti artıq bitirmək istəyirsiniz. Bəs bu böyük sevginin bitməsinə nəyin səbəb olduğunu heç düşündünüzmü? Aliem.az bu sual ətrafında düşünməniz üçün sizə yardım edəcək.

"Onsuz da mənimdir" düşüncəsi

İlk bir neçə ayı xoş keçirdikdən sonra bir çox cütlük "onsuz da mənimdir, mənə məxsusdur" kimi yanlış düşünməyə başlayar. Və bu da tərəflərdən birinin "birlikdə olmağımızın artıq mənası qalmadı" deyənə kimi davam edər. Ancaq münasibətinizi bir körpə kimi düşün. Körpənizə bir neçə il baxıb sonra "onsuz da öz-özünə böyüyəcək" deyib bir kənara atarsınız?

Sevginizə sahib çıxın və hər mərhələsində onun üçün nələrsə etməyə çalışın. Bir-birinizlə maraqlanın, bir-biriniz üçün darıxın, fikrilərinizi paylaşın, problemləri böyüyüb həllolunmaz hala gətirmədən oturub müzakirə edin. Bir sözlə, hər ikiniz də çalışın.

İş bölgüsü etməmək

Əsəbisiniz, həm də çox... Sevdiyiniz adamla bir evdə yaşamağa başlayandan etibarən o, bütün ev işlərini (paltar yumaq, ev təmizləmək, qab yumaq və s. ) ancaq sizin görməli olduğunuzu düşünür, halbuki sizin də işiniz onunku qədər ağırdır. Evlənəndən sonra bir çox ailədə rollar artıq bölüşür və ev işləri də həmişəki kimi qadının üzərinə atılır. Ancaq bilməlisiniz ki, bunlar hər ikinizin də işidir.

Ərinizə evlə bağlı bəzi işlər tapşırın. Marketə dönmədən evə gəldi? Qətiyyən onun yerinə durub marketə getməyin. Mətbəxi təmizləməkdə elə də bacarıqlı deyil? Eybi yox, qoyun təmizləsin. Vacib olan bir sıra məsuliyyətlərinin olduğunu dərk etsin. Yoxsa gördüyünüz hər yaxşılıq bir müddət sonra sizi münasibətinizdən soyudar.

Keçmiş sevgilinin kölgəsindən xilas olmamaq

Bəzən keçmişdəki bir münasibətin kölgəsi bu günün xoşbəxt sevgisinin üzərinə düşə bilər. "Yeni sevgilim doğru insandırmı? Yoxsa hələ də mənim üçün çalışan keçmiş sevgilimə geri qayıdım?" kimi şübhələr gözəl davam edən sevgini bir müddət sonra zəhərləməyə başlayar. Böyük ehtimalla qarşı tərəf də bundan sıxılar və münasibətini bitirər. Əgər keçmiş sevgilisiylə bağlı tərəddüdləri olan sizsinizsə, tövsiyəmiz odur ki, onu udun, çünki eyni suda iki dəfə yuyunmaq olmaz. Özünüzə və yeni sevgilinizə gerçək bir şans verin.
Yeni sevgilinizi keçmişdəkiylə heç vaxt müqayisə etməyə çalışmayın.

Onu olduğu kimi qəbul etməmək

Fərqli düşüncələrə, maraqlara sahib olmaq, gələcəyə dair planların, xəyalların, dünyagörüşlərinin fərqli olması çox vaxt ayrılığa səbəb olur. Xarakteriniz eyni olmaq məcburiyyətində deyil. Məsələn, siz daha şənsiniz, o isə sakitdir. Ancaq həyata və dünyaya baxışınız, zövqləriniz, planlarınız uyğun gəlmirsə, işiniz çox çətindir.

Xəbərlər     Baxılıb: 1706   Tarix: 22 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kərə yağı deyənlər yanılır: Ən sağlam yağlar açıqlandı

Biotibbi araşdırmalar göstərir ki, hər yağın orqanizmə təsiri fərqlidir. Tərkibindəki doymamış yağ turşuları və antioksidantlar baxımından zəngin olan yağlar siyahıda liderlik edir.  xəbər verir ki, siyahının zirvəsində birmənal

.

Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT

Elektron siqaretlərin ağciyərlərə, eləcə də məhsuldarlığa və genetik quruluşa daimi zərər verə biləcəyi barədə xəbərdarlıq edilib. xəbər verir ki, türkiyəli həkim Pınar Pazarlı Bostan xüsusilə hamiləlik dövründə məruz qalmanı

.

Qaraciyər üçün hansı içkilər yaxşıdır? - Cavab düşündüyünüzdən sadədir

Səhərlər limonlu su içmək qaraciyər üçün faydalıdırmı? Mütəxəssislər bildirirlər ki, bu içki ölçülü şəkildə istehlak edildikdə, maye bərpası və C vitamini təmin edərək qaraciyər funksiyasını dəstəkləyə bilər.  xəbər veri

.

Ürəkdən beyinə qədər - Fit forma bədəni necə qoruyur?

Fiziki formada olmaq xəstəlik riskini azaldır. xəbər verir ki, Barselona mərkəzli Hospital del Mar Research Institute və Universitat Ramon Llull (URL) tərəfindən aparılan yeni araşdırma fiziki hazırlığın sağlamlığa təsir

.

Oturaq işlə məşğul olanların sağlamlığı təhlükədədir

Oturaq həyat tərzi ilə çalışan insanlar üçün sağlamlığın qorunması mühüm məsələ olaraq qalır. Mütəxəssislər bildirirlər ki, uzun müddət hərəkətsiz qalmaq həm onurğa problemlərinə, həm də ümumi fiziki zəifliyə səbəb ola bilər

.

Uşaq danışmırsa nə etmək lazımdır? - AÇIQLANDI

"Autizm sindromlu uşaqlarda sosial ünsiyyət pozğunluqları, beynin səsli informasiyalarının çətinliklə qavranılmaması, sensor həssaslığının həddindən artıq yüklənməsi və ünsiyyət üçün motivasiyanın olmaması səbəbində

.

Hər gün bir stəkan için - Faydaları saymaqla bitmir

Çuğundur şirəsi antioksidantlar və nitratlarla zəngindir və xüsusilə ürək-damar sağlamlığına müsbət təsir göstərir. Nitratlar bədəndə nitrik oksidə çevrilərək qan damarlarını genişləndirir və təzyiqi aşağı salır. xəbər veri

.

Mikroplastik təhlükəsi - Körpələr daha çox risk altındadır

Mikroplastiklərin insan həyatı üçün yaratdığı ciddi təhlükələr bir daha gündəmə gəlib. xəbər verir ki, araşdırmaya görə, tekstil boyalarından mətbəx ləvazimatlarına, uşaq oyuncaqlarından şəxsi qulluq vasitələrinə qədər bi

.

Kortizol dalğası: Sosial media mifləri və reallıqlar

Stres hormonu olan kortizol hazırda internetdə heç vaxt olmadığı qədər populyardır. Gənc nəslin (18-34 yaş) 38%-i artıq həkimlərdən çox sosial mediadakı sağlamlıq məsləhətlərinə güvənir. Bəs TikTok-da qarşımıza çıxan "kortizo

turlar.az

hamilelikde qidalanma sade makiyaj sekilleri kosmetika mehsullari murebbeler həzm orqanları 2026 donları balıq və dəniz məhsulları kosmetika oxatan lakonizm vətən həsrəti faydalı məsləhətlər ziyafet geyimleri