Niyə qorxduğumuz başımıza gəlir?

Niyə qorxduğumuz başımıza gəlir?Arzuolunmaz hadisələr, neqativ proseslər, başımıza gəlməyini heç istəmədimiz və qorxub qaçdığımız şeylər bəzən əksinə gəlib bizi tapa bilir. Bu paradoksal vəziyyət daim insanları düşündürür.
​​​​​​Qorxduğun başına gələr sindromunun izahını Vadim Zeland "Reallığın transferinqi" kitabında çox dəqiq edib.
Milli.Az medicina.az-a istinadən bu sindromun səbəbini təqdim edir.
"Neqativ informasiya və arzuolunmaz hadisə, vəziyyətlərdən qaçmaq qədimdən insanın beynində ən çox yer tutan məsələ olub. Amma insan pis bir hadisədən nə qədər çox qorxursa, o da gəlib onu tapır.
Bu mexanizm necə baş verir?
Bunlar hamısı həyat kəfkirinin (sarkaç, mayatnik) provakasiyasıdır, yəni fitnəsidir.
MAYATNİK - ASILQAN KƏFKİR - SARKAÇ- Fotoları
Kəfkir - qravitasiya sahəsində asılmış və mexaniki rəqslər edən sistemdir.
Neqativ informasiya - qəza, xəstəlik, müharibə, pulsuz qalmaq, döyülmək kimi xəbərlərə baxan, qulaq asan insan beynini 2 istiqamətdə proqramlaşdırır. Bir qrip insan "Mən bunları yaşamaq istəmirəm, qorxuram, kaş mənim başıma gəlməzdi" deyə daim əndişələnir, narahat olur, qorxur.
İkinci variant insan bu sözləri, informasiyanı qulaqardı edir, bir müddət sonra unudur, soyuqqanlıqla izləyir və bunun ona aid olmadığına əmindir, fikrini həyat dolu, enerji dolu başqa motivlərə yönləndirir və narahat olmur.
Birinci halda qorxan insan öz ətrafında həmin hadisələrin energetik tezliyinə xas neqativ dalğa yaradaraq, o informasiya sahəsinə düşür.
Kəfkirin qarmağına düşən insan onun energetik sahəsini qidalandırır və özü də ordakı hadisələrin iştirakçısına çevrilir.
Sanki insan radio kimi o rezonans tezliyinə köklənir.
Destruktiv mayatnik (kəfkir) xüsusi qarmaqla insanı o energetik dalğada tutub saxlayır.
Digər neqativ informasiyanı oxuyub, bunu adi qəbul edib, qulaqardı və gözardı edən, unudan və öz həyatında başqa vacib işlərə köklənən, əgər bu mənimlə baş verməyibsə nəyə görə lazımsız yerə həyəcan keçirim düşünənlər ayrı tezlik dalğasında olur.
Bu halda ola bilər ətrafında, yaşadığı şəhərdə hansısa qəza olur və ya müharibə başlayır, bu insan hadisənin qurbanı olmur, şəxsən onu həyatında yaşamır, pis hadisələrdən sehrli formada yayınır. O sadəcə izləyici rolunda olur.
Qorxan insan qurban, qorxmayan isə izləyici olar.
Ona görə də bu xəttə düşməmək üçün xəbərlərdə, internetdə, televizorda, telefonda gördüyünüz pis hadisələri, qəzaları dəfələrlə izləməyib, silib, görməzdən gəlir, əgər təsadüfən oxuduzsa, bunu həmin gün düşünməyib, təkrarlamayıb, doğmalarınıza danışmır, bölüşmürsüz. O zaman siz qurban yox, seyrçi rolunda təhlükəsiz xətdə qalacaqsız.
Adi bir misal:
Siz yağış yağmasını istəmirsiz, çünki vacib səfəriniz var. Siz yağışa nifrət edirsiz, arzulayırsız ki, həmin gün günəş çıxsın. Amma nə yazıq ki, əksinə elə yağış da sizi haqlayır.
Bu fələyin oyunudurmu? Bəlkə də. Amma oyun həmişə iki tərəf olur. Bir tərəfində çərxi fələk, digər tərəfdə siz.
Əgər siz yağışlı havanı vecinizə almasaydız, yağış yağacaq işiniz pozulacaq deyə fikirləşməsəydiz, yağış da yağmayacaqdı.
Qorxduğunuz, narahat olduğunuz, nifrət etdiyiniz adamlar və hadisələrin sizi tapması şansı çoxdur. Çünki çox düşünülən materializə olur.
Yeganə xilas yolu - mayatnikin təsirindən çıxıb, onun təhrikinə uymayıb, bu oyundan çıxmaqdır.
Bunun isə 2 yolu var: Onu sındırmaq və ya söndürmək.
1. Qorxduğunuz, qaçdığınız hər bir şeyi qəbullanıb, həyatda var olması ilə barışmağınız. Onlar var, olacaq, olmalıdır və onların haqqını qəbul edib, laqeydcəsinə yanından ötmək lazımdır. Onları yanınızdan ötürüb içinizə buraxmadan yola salırsız.
Qəbul edib və buraxmaq - burda diplomatik gediş lazımdır.
Neqativi, sizi narahat edən hissi, adamı, qorxunu iqnor edib, saymamaqla onun təsiri getdikcə azalacaq və o sizin həyatınızdan çıxıb gedəcək.
Kəfkirin qarmaqları boşa çıxanda o boşluğa düşür.
Əks təqdirdə o beyninizdən çıxan bu qarmaqla sizi idarə edib, neqativ fikirlərin təsdiqini tapması üçün mütləq uyğun pis hadisələri qarşınıza çıxaracaq ki, gümanınız özünü doğrultsun.
Bu zaman siz ikinci tora düşürsüz: demişdim axı belə olacaq. Ürəyimə dammışdı axı. Qorxduğum başıma gəldi.
Siz daim bu bataqlıqda vurnuxub qalacaqsız.
Bundan qorunmaq üçün situasiyaları olduğu kimi qəbul edib, barışmaq, qəbullanmaq, sakitcə iqnor etmək və diqqəti başqa şeylərə yönəltmək lazımdır.
Faciəni komediyaya çevirməlisiz.
Öz münasibətinizi dəyişmək qorxunu, neqativi içinnizdə basdırıb, süni rol oynamaq demək deyil. Hiss və emosiyalarınıza azadlıq verin. Onlara çölə buraxın, qəbullanın. Lakin önəm verməyin.
2. Kəfkir - Mayatnik tərəfindən provakasiyalara hazır olun.
Pis xəbər alanda, pis hadisə baş verəndə sizin beyniniz, bədəniniz qıcıqlanır, panika, təşviş başlayır, siz deyinirsiz, ağlayırsız,
qışqırırsız, özünüzə qapalırsız, səbəbkarı qınayırsız. Bu mayatnikin istədiyi senaridir.
Tam tərsinə davranın, mayatnikin senarisini dəyişin.
Özünü qeyri-adekvat, bir sözlə arsız dəli kimi apar.
Ən pis halınızda bərkdən gülün, qorxunu özgüvənə dəyişin, qıcıqlanmanı sevincə, gülüşlə dəyişin.
Mayatnikin məqsədi sizi özünüzdən çıxarmaqdır.
Siz isə onun gözlədiyinin tam əksini edəcəksiz, onun istədiyini ona verməyəcəksiz.
Sizdən hər dəfə neqativ enerji almaq, istədiyini götürmək üçün o qarşınıza sizi özünüzdən çıxaracaq tələlər, oyunlar, neqativ hadisələr çıxaracaq. Kimsə yolunuzu kəsəcək, əsəblərinizi tarıma çəkmək üçün hətta üzünüzə söyəcək, qapınıza zibil tökəcəklər, işdə problemlər və s
Siz bu tora düşüb, hadisəyə ona uyğun neqativ enerji emosiya verən kimi o neqativ güclənəcək, yeni, daha başqa pis hadisələr qarşınıza atacaq. Beləliklə, mayatnik - kəfkir sizdən anten kimi istədiyi enerjini sovurub alacaq.
Siz düşünəcəksiz necə bəxtsiz, ayağı ağır adamsız. Ya da sizə cadu ediblər, bəlkə də düşmənləriniz çoxdur.
Sizin vacib işiniz- mayatniki söndürməkdir, onu telefon kimi zaryadkadan ayırmaqdır.
İlk başda o sizi buraxmaq istəməyəcək, amma sizin iradənizi və oyunu pozduğunuzu görüb, qarmağı zəifləyib qırılacaq, özü isə sönüb gedəcək və qara zolaqlar sizdən əl çəkəcək.
Mütləq sınayın. Çünki bundan başqa yolunuz yoxdur.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1015   Tarix: 29 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

gozel gorunmek toy gecesi toy makiyajlari mexmerek balaca qablarda keks balıq və dəniz məhsulları bəxtiyar vahabzadə ana şeiri kosmetika qiz evi haxista novruz hakışdaları hesaplama novruz bayramına aid hakışta toyuq salati