Nobel laureatları da yanıla bilər

Nobel laureatları da yanıla bilərSARS-CoV-2 ilə yaranmış vəziyyət növbəti dəfə elmi və tibbi cəmiyyətin ağrılı nöqtəsini- ekspert biliklərini sıyırdı. O peşəkarlar ki, gözlənilən kimi əhaliyə elmi yanaşmanı təlqin etməlidir, gerçəkdə şayiələr yayır və qorxuları artırır. Bu mənada günaha batan təkcə sıravi mütəxəssislər deyil, hətta Nobel mükafatı laureatlarıdır. "Həkimim məni peyvənd etmək fikrindən daşındırdı. Dedi ki, nə badə! O həkimdir, bilir nə deyir!" Bu ritorikanı eşidib tərəddüd edirsiz, deyilmi? Ya da anlamırsız ki, müasir elmi biliklərin zilddinə gedən bu cür marginallar haradan çıxır? Bəlkə, onlar sadəcə başqalarından insaflıdır, axı diplomlu və təhsilli insanlar necə yanıla bilər? Alimlər də insandır və insanlığa xas heç bir cəhət onlara yad deyil. Hətta ən savadlı və ağıllılar da yanıla bilər. Bəziləri xurafata tam səmimiliyi ilə inanır. Belələri, hətta Nobel laureatları arasında da var!
SARS-CoV-2 virusunda su yaddaşı və İİV
Milli.Az "Ailə Həkimi"nə istinadən bildirir ki, Fransalı Nobel laureatı Lük Montanye bəyan edir ki, onun fikrincə, SARS-CoV-2 virusu labo­­­ra­toriyada yaradılıb. Hətta hesab edir ki, koronavirus genomuna İİV genomu hissələri yeridilib. Bu fikir artıq təkzib olunub. Montanye başqa anti­elmi maraqları ilə məşhurdur, belə ki, buraya qədər o başqa bir fransalı alim Jak
Benne­vistin "su yaddaşı" ideyasını irəli çəkirdi.
Bennevist əvvəldən trombositlərin aktiva­si­ya faktorunu PAF ilk kəşf edən alim kimi məşhur­laşıb. Lakin 1988-ci ildə o, homeopatiyanın əsas prinsipi kimi suyun başqa molekullar barəsində müəyyən "yaddaş" daşıyıcısı olduğunu "sübut" etməklə qalmaqallı şöhrət qazanmışdır. Alimin nüfuzu o hadisədən sonra həmişəlik korlandı. Montanyenin bu mövzuda nəşr etdirdiyi ən məşhur məqaləsini "Electromagnetic signals are produced by aqueous nanostructures derived from bacterial DNA sequences" mətbuat "DNK teleportasiyası" adlandırdı. Guya bəzi bakteriyaların genom materialı elektromaqnit dalğalar buraxır və suyun molekullarında "iz" buraxır. Onu da deyək ki, Montanye geniş dairələrdə antipeyvəndçi kimi tanınır.
İqlim dəyişməsi, parlayan yenot və yenə də İİV
Başqa bir Nobel laureatı Keri Müllis 1993-cü ildə polimeraz zəncirvari reaksiyanın ixtirasına görə, kimya üzrə mükafata layiq görülmüşdür. Bununla belə, o hesab edir ki, İİV virusu özü-özlü­yündə təhlükəsizdir, QİÇS isə rekreasion narkotik istifadəsi və İİV qarşı aparılan terapiyanın nəticəsi olaraq inkişaf edir. Bu kimi İİV-dissidentlərin fəaliyyəti bəziləri tərəfindən tam mənası ilə qəbul olundu, belə ki, CAR prezidentinin sərəncamına görə, 2000-2005 illərdə Cənubi Afrikada antiretro­virus terapiyadan imtina olunması 330 000 ada­mın ölümü ilə nəticələndi.
Müllis, eləcə də bəşəriyyətin iqlimə təsirini və ozon dəlikləri ilə xlorftorkarbohidratlar əlaqəni tənqid atəşinə tuturdu. Hətta özünün Dancing Naked in the Mind Field adlı tərcümeyi-halın­da işıq saçan yenot qismində peyda olmuş yadplanetlilər ilə özünün görüşü ehtimalından, astrologiya və LSD preparatlarına həvəsindən bəhs edirdi.
Yeri gəlmişkən, başqa bir Nobel laureatı Rendi Şekman davranışına görə, Müllisi molekulyar biologiyanın Donald Trampı hesab edirdi. Bu müqayisə çox uzaqgörən oldu, belə ki, pandemiya dövründə ABŞ-ın 45-ci prezidenti nümayişkarcasına şəxsi qoruyucu vasitələrinə məhəl qoymurdu, SARS-CoV-2 virusunu qriplə müqayisə edirdi, antikovid tədbirlərini ləngidirdi və effektivliyi yoxlanılmayan preparatları COVID-19 qarşı qəbul etməyi məsləhət edirdi, misal üçün, hidroksixloroxin və azitromisin kombinasiyasını.
Portağalları çəlləklə yükləyİn
Bəlkə də, dünyaya ən çox yayılmış yanılma, hətta iki dəfə Nobel laureatı olan Laynus Polinq ilə bağlıdır: kimya üzrə və sülh mükafatı. Alimin ən böyük müvəffəqiyyəti ikincili zülal strukturunun ən geniş yayılmış elementlərini kəşf etməsidir.
Ola bilərmi, bu cür alim də səhv edə?
Bu gün ən çətin təkzib olunan psevdoel­mi nəzəriyyələrindən biri respirator infeksi­ya­la­­rın profilaktikası və müalicəsində askorbin tur­şu­sunun faydası haqqındadır. COVID-19 epidemiyasının əvvəlində bu fikir yenidən gücləndi. Bir tərəfdən, sübut olunub ki, orqanizmin normal fəaliyyəti üçün rasionda C vitaminin olması vacibdir: immun sisteminə doğrudan da müsbət təsir göstərir, neyrofizioloji proseslərdə iştirak edir, infeksiyalara qarşı həssaslığı azaldır. Lakin yaxşı qidalanan adamlada yüksək dozalı C vitaminli əlavələrin immuniteti artırmasına dair məlumatlar yoxdur və səhiyyə orqanları nəzarətsiz C vitamini qəbulunu tövsiyə etmir. Əlavə askorbin turşusu dozaları yalnız dar qruplar arasında müsbət effekt verə bilər - idmançılar, hərbçilər və ya sağlamlıq durumuna görə yoluxma riski yüksək olan pasiyentlər.
ABŞ və Kanadada askorbin turşusunun tövsiyə olunan sutkalıq dozası kişilər üçün 90 mq/gündə və qadınlar üçün 75 mq/gündə təşkil edir. Polinq isə bu dozanı 20-30 dəfə aşan dozalardan bəhs edirdi, özü də C vitaminini qramlarla qəbul edirdi.
Kimə inanaq?
Əgər elm yolunda böyük işlər görmüş insan­lar elmi nəzəriyyəni psevdoelmdən ayıra bilmirlərsə, biz səhvlərdən necə qorunaq? Çox güman ki, universal cavab "bir ağıl yaxşıdır, ikisi - daha yaxşıdır" prinsipinə tərəfdar olmaqdır. Necə deyərlər, müasir elm komanda idman növlərinin ən komandalısıdır, odur ki, alim ya həkim bütün başqa həmkarlarının ziddinə gedirsə, yəqin ki, o da haqsızdır. Müasir elmi ictimaiyyət özünüresenziyaedən orqandır, öskürək şərbətində heroinə, talidomid faciəsinə və ya insanlar üzərində aparılan nasist təcrübələrinə bənzər faciələrin təkrarlanması ona lazım deyil. Odur ki, məhz elmi çoxluğun fikrinə riayət etmək ağlabatandır (axı, bu çoxluq təcrübələr və nəşrlər massivinə əsaslanır), hər bir ekspert fikri də bu günün elmi standartlarına müvafiq olmalıdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 969   Tarix: 12 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

adlarin menasi gelinlikler yaz geyimleri 2026 qadindunyasi.az valideynlərə məsləhət xəyanət dondurma kosmetika irem derici dostluq kahfe falı qadin.az zəhmət