Nurlan Əzizbəyli: 'Əmimin şəkəri 430-a qalxmışdı
Koronavirusdan dünyasını dəyişən xalq artisti Ramiz Əzizbəylinin nəşi Semoşka xəstəxanasındadır.
Azxeber.com xəbər verir ki, bu haqda BAKU. WS-ə açıqlamasında xalq artistinin qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli deyib:
"Əmimin nəşi hələ ki, xəstəxanadadır. Harada dəfn edilməsi ilə bağlı Mədəniyyət Nazirliyindən cavab gözləyirik. Son günlərdə heç bir çarə olmadı, həkimlər əllərindən gələni etdilər.
Artıq bir həftəyə yaxındır ki, huşu özündə deyildi. Heç kimi tanımırdı, aparatdan ayırırdılar, amma huşu özünə gəlmirdi.
Yenidən aparata qoşurdular. Son günlər orqanlarının çoxu cavab vermirdi. Koronavirusa yoluxduqdan sonra xəstəxanada infarkt keçirdi.
Şəkəri 430-a qalxmışdı. Üç dəfə insult keçirib, neçə illərdir ki, xəstəliklərlə mübarizə aparırdı. Özünün də, bizim də sağalacağına çox böyük ümidimiz var idi. Amma ümidlərimiz puç oldu.
Xəstəliyinin ilk günlərində normal idi, sonra pisləşməyə başladı. Nəfəs alması çətinləşdi. Ona görə palatadan reanimasiya şöbəsinə yerləşdirdilər.
Ötən gün axşam saatlarında dünyasını dəyişdi. Şəkər xəstəsi olduğu üçün risk qrupunda idi".









Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?