"O evə qayıdıb arvadını pulların üstündə yeridirdi..."

"O evə qayıdıb arvadını pulların üstündə yeridirdi..."Hazırda Türkiyədə yaşayan Azərbaycanın istedadlı şairi Aqşin Yenisey sovet şairi ilə müasir azərbaycanlı şairin həyat tərzinin və maddi imkanlarının müqayisəsini aparıb.

Aqşin Yenisey Feysbuk hesabında yazdığı statusda bildirib ki, SSRİ dövründə hökumət şairləri himayəsinə götürmüşdü və onları maddi ehtiyaclar içində boğulmağa qoymurdu.

"Son yüz ildə Azərbaycanda ədəbiyyat ictimai-siyasi imtiyazlar mühitində yaradılıb. İmtiyazlar mühiti nə deməkdir? Loru dildə desək, o vaxt hər rayon katibinin qarşısına ən azı ayda bir dəfə bir şairi çağırıb kolxozçularla görüşünü keçirmək öhdəliyi qoyulmuşdu. Səməd Vurğun Cəlilabadın Səfərəliyev kolxozunda görüşə dəvət olunurdu və o dövrün katibi Qurbanov yoldaşın vəzifə borcu idi ki, şairi geri qayıdanda əli və cibidolu yola salsın. Şair də evə qayıdıb pulları otağa səpirdi və xanımını o pulların üstündə yeridirdi. Bunu mənə şairin öz oğlu, rəhmətlik Vaqif Səmədoğlu danışıb.

Kolxozdan əlidolu qayıdan şair bu "ənamla" aylarla məişət azadlığı içində yaşayırdı. Bu, əlbəttə, doğru yol deyildi. Sadəcə, sovet hökuməti sənət adamlarına azad rəqabət və azad yaradıcılıq mühitini qapadığı üçün onları öz himayəsinə götürmüşdü".

Şairin sözlərinə görə, müasir dövrdə cəmiyyət gənc yazarları tüfeyli həyat sürdüyünə görə tənqid edir: "Bu gün imzası tanınan hansı tüfeyli gənc yazar ictimai imtiyazlar mühitində yetişmiş rəhmətlik Qabildən, Cabir Novruzdan, Nəbi Xəzridən istedadsızdır? Sovet ədəbiyyatında yalnız istedad hesabına ədəbiyyat yarada bilən bircə şair və yazıçı adı çəkin...

Hansı gənc yazar bu gün tüfeyli yaşasa da yaxşı yaşamaq üçün hökumətə yaltaqlanır? Bu və ya digər işinə görə hökumətə yaltaqlanmayan və rahat yazıb-yaradan bir nəfər sovet şair və yazıçısının adını çəkin. Bu gün tüfeyli gənc yazarın yaltaqlığı ancaq odur ki, dil açıb iş istəyir, sovet şairi kimi evinin təmiri üçün dövlət başçısının qabağında əzilib-büzülmür.

Bu gün tüfeyli gənc yazara harada azad yaradıcılıq və rəqabət mühiti yaradılıb ki, o, bu mühiti tərk edib araq içir? Hansı sovet yazıçısı, şairi arağa pul vermirdi, öz cibinin puluna ədəbiyyat jurnalı, məsələn, "Alatoran", "Yazı" çıxarırdı? Sovet yazıçısı özünə mənzil, avtomobil (avtomobil e, a kişi!) ad, titul almaq üçün hökumətin dediyini yazırdı. Bu günün gənc yazarı bunu etməmək üçün tüfeyli həyata məhkumdur.

Nəhayət, o qədər imtiyazların qarşılığında hansı sovet yazıçısı, şairi Azərbaycan ədəbiyyatını dünyaya çıxardı ki, siz indi tüfeyli gənc yazardan dünya ədəbiyyatına çıxmasını tələb edirsiniz? İnsafınız yoxdursa bunu heç olmasa, ört-basdır edin"./qafqazinfo

Xəbərlər     Baxılıb: 2517   Tarix: 27 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

turlar.az

hamilelikde qidalanma qadın geyimi sac duzumleri qirmizi uzun donlar bilik haqqinda atalar sözləri gəlinliklər körpə və ona qulluq kosmetika cantalar gulmeli hakista meseller tapmaca gözəllik