O gecə doğulan körpələrə qara gecənin işıqlı sabahı deyirmişlər' - Jalə Həsənli
"O gecə doğulan körpələrə mübarizlər, şahidlər, qara gecənin işıqlı sabahı deyirmişlər".
azxeber.com xəbər verir ki, bu sözləri 20 Yanvar gecəsi dünyaya gələn aparıcı Jalə Həsənli sosial şəbəkə hesabında yazıb.
"Bu gecə daha bir yaşımı geridə qoyacağam. Bir az daha böyüyəcəyəm. Tək diləyim gələn hər yeni yaşımı sağlam və sevdiklərimlə birgə qarşılamaqdır. 20.01.1990. Bu gecə o şanlı tarixin də, mənim də 35-imiz tamam olur. O gecə doğulan körpələrə mübarizlər, şahidlər, qara gecənin işıqlı sabahı deyirmişlər. 35-imi ağ rəngin içində qarşılamağımın da əsas səbəbi budur. O qaranlığa ümid kimi yanan şamı simvolizə etmək istədim. Bu tarix qara adlandırılsa da, mənə həmişə mübariz və qorxmaz olmağım üçün işıq saçıb, güc verib. Allah həm o qanlı gecədə, həm də vətənimizin işıqlı sabahları üçün canlarından keçən bütün şəhidlərimizə rəhmət etsin".
Aparıcı, "Mənə gəldikdə isə… 35 ilimə çoxlu dostlar, gözəl təcrübələr, biliklər, səyahətlər sığdırmışam. İnşallah, bu sayın daha da artmasını diləyirəm. Həyatı rəngarəng sevirəm, gözümdə heç solmamasını diləyirəm. Sevgi, hörmət qazanmışam, bu dəyərə layiq qalmağı diləyirəm. Şamımızın nə vaxt sönəcəyi bəlli deyil, sönəndə arxamca rəhmət qazanmağı diləyirəm" deyə paylaşımında qeyd edib.









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Bu yaşda ət yemək ömrü uzadır
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO