O qəzadan sonra çox şey dəyişdi - Mehriban Zəki
Xalq artisti Mehriban Zəki düşdüyü dəhşətli avtomobil qəzasından danışıb.
azxeber.com xəbər verir ki, "Pərvizə görə"də qonaq olan sənətçi qəzadan sonrakı anların çəkilib, sosial şəbəkələrdə paylaşılmasını qınayıb.
Aktrisa bu hadisənin onda böyük travma yaratdığını deyib:
"Baş verən hansısa qanlı hadisəni, avtomobil qəzasını, utanmadan, çəkinmədən, həya etmədən insanların acısını çəkib paylaşırlar. Psixoloji məqamları bilmirik. Məndə çox böyük travma qalıb. O qədər böyükdür ki, bu barədə danışmaq istəmədim. Təbii ki, belə bir hadisədən sonra çox şey dəyişir. Məqsədli şəkildə bunu dəyişəcəm demədim. Amma istər-istəməz dəyişir. Dəyişən məqamlar səni böyüdür, dərinləşdirir. Hər addımında, hər kəliməndə düşünməyə, götür-qoy etməyə, məsuliyyət daşımağa vadar edir".
Qeyd edək ki, M.Zəki həmkarı Dilarə Əliyeva və mərhum Oqtay Əliyevlə avtomobil qəzasına düşmüş, O.Əliyev bu hadisədə dünyasını dəyişmişdi.
Aysel









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun