"O səs Türkiyə"də azərbaycanlı qız üstündə dava - VİDEO
Gənc azərbaycanlı ifaçı Ayla Şiriyeva "O səs Türkiyə" vokal şousunun iştirakçısı olub.
Metbuat.az-ın məlumatına görə, Ayla şouda Cessi Ceyin "Mamma Knows Best" kompozisiyasını səsləndirib.
Səsini və performansını bəyənən münsiflər heyətinin dörd üzvünün hamısı - Yıldız Tilbə, Hadisə, Gökhan və Murad Boz ona sarı dönərək Aylanı öz komandasında görməyi arzuladığını bildirib. Şiriyeva seçim etməkdə xeyli çətinlik çəkib. Jüri onun yaraşıqlı olduğu üçün Murad Bozu seçəcəyini iddia ediblər.
Ayla isə "bura gələrkən ürəyimdə birini seçmişdim, amma o, sanki məni istəmir" deyincə, münsiflər bir ağızdan, "yox, biz hamımız səni istəyirik" deyə etiraz ediblər. Ayla xeyli tərəddüddən sonra "Delikanlım" mahnısını ifa edərək Yıldız Tilbəni seçdiyini bildirib.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin