"O Səs Türkiyə"də azərbaycanlıları görəndə qıcıqlanırlar" - FOTO

"2014-cü ildə Bursa şəhərinə bacımgilə qonaq getmişdim. Həmin ərəfədə "O səs Türkiyə"nin seçim turları idi".

Xanim.az xəbər verir ki, bu sözləri sputnik.az-a açıqlamasında "Xalq ulduzu", "Türkünü söylə", "O səs Türkiyə" kimi məşhur TV-şoularının iştirakçısı, gənc müğənni Tamara Muradova deyib.

Onun sözlərinə görə, "O Səs Türkiyə"də bəzi iştirakçılar azərbaycanlıları görəndə qıcıqlanır:

"Ətrafımda mənə yaxın olanların hamısı bu müsabiqədə iştirakımı çox istəyirdilər, mən isə tərəddüd edirdim. Nəhayət ki, bacım məni seçim turlarına apardı. İlk ifam, musiqisi çox dəyərli bəstəkarımız Tofiq Quliyevə, sözləri isə mərhum şairimiz Rəsul Rzaya məxsus olan "Sənə də qalmaz" mahnısı oldu və mənə uğur gətirdi. Üç münsifin diqqətini cəlb edib, özümə tərəf döndərməyi bacardım. Mən isə Mazhar və Özkan qardaşlarını seçdim. Seçimdən sonra çoxları yanlış seçim etdiyimi deyirdilər. Bəziləri Ebru Gündeşi, bəziləri isə Gökhanı seçməli olduğumu deyirdilər. Bəlkə də haqlı idilər. Bu müsabiqə daha çox tanınmağıma səbəb olsa da, mən özümü orada göstərə bilmədim. İlk iki turda qalib gəldim, üçüncü turda isə məğlub oldum. İstədiyim mahnını ifa etməyimə imkan vermədilər. Bu səbəbdən ürəksiz oxudum və bu da məğlubiyyətimə səbəb oldu. "O Səs Türkiyə"də bəzi iştirakçılar azərbaycanlıları görəndə qıcıqlanırlar. Səbəb isə bizim onlardan daha güclü səsə malik olmağımız idi. Elnur Hüseynovun qalibiyyətini çoxları həzm edə bilmirdilər. Əgər azərbaycanlılara qarşı münasibət birmənalı deyilsə, demək ki, bizi özlərindən daha üstün bilirlər".
"O Səs Türkiyə"də azərbaycanlıları görəndə qıcıqlanırlar" - FOTO"O Səs Türkiyə"də azərbaycanlıları görəndə qıcıqlanırlar" - FOTO"O Səs Türkiyə"də azərbaycanlıları görəndə qıcıqlanırlar" - FOTO

Xəbərlər     Baxılıb: 2076   Tarix: 26 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

gozel gorunmek yaz geyimleri 2026 kosmetoloq vətən haqqında inşa hamiləlikdə uşağın cinsinin təyini kelem tutmasinin hazirlanmasi toy paltarlari 2026 kosmetika bayatılarımızda vətən həsrəti masqalar bayatılar seksual novruza aid hakista