"O Səs Türkiyə"dən uzaqlaşdırılan azərbaycanlı: "Saytlara başından böyük məlumatlar verənlər…"

"O Səs Türkiyə"dən uzaqlaşdırılan azərbaycanlı: "Saytlara başından böyük məlumatlar verənlər…"Dünən "O Səs Türkiyə" mahnı müsabiqəsinin ikinci turu baş tutub.
Qadınsaytı.az xəbər verir ki, Hadisənin komandasında çıxış edən Ozan Əhmədov növbəti mərhələyə keçə bilməyib. Beləliklə, daha bir azərbaycanlı yarışmada iştirakını dayandırıb.
O.Əhmədov "Gipsy Kings" qrupunun "Amigo" mahnısını ifa edib. Rəqibi Orxan adlı türkiyəli iştirakçı isə Tupak Şakurun repertuarından məşhur "How Do U Want It" trekini oxuyub. Hadisə sonda Ozanı deyil, Orxanı seçib.
Acun O.Əhmədovu növbəti il də yarışmaya dəvət edəcəyini deyib. Həmyerlimiz sonda "Düşmənlərimizə uduzsaydım, pis olardım. Türk oğluna uduzduğum üçün kədərlənmirəm"- deyə cavab verib.
Xatırladaq ki, Azərbaycanda da maraqla izlənən müsabiqədən həmyerlilərimizin uzaqlaşdırılması bir neçə gündür ki, müzakirələrə səbəb olub. Müsabiqədən uzaqlaşdırılan azərbaycanlı iştirakçılar mətbuata açıqlama verərək onlara qarşı haqsızlıq və qərəz olduğunu bildiriblər.
Ozan Əhmədov isə iştirakçıların "O Səs Türkiyə" müsabiqəsində heç kimə qarşı haqsızlıq edilmədiyini iddia edir. O, müsabiqə ilə bağlı fikirlərini bizimlə bölüşüb.
- Növbəti mərhələyə keçmədiyiniz üçün təəssüf edirik.
- Qismət.
- Siz bir açıqlamada demisiniz ki, performansı zəif olanlar keçmir. Axı dünən sizin çıxışınız Orxandan pis deyildi.
- Bəli, məni Orxanla duelə bir çıxartmaq əslində özümü də bir az təəccübləndirdi.
- Öz çıxışınızı və Hadisənin qərarını necə qiymətləndirirsiniz?
- Flamugam və rep janrında ifa edən iştirakçıların bir araya gəlməsini başa düşmürəm, amma kollektivi çox sevdim. İnsana o qədər dəyər verir və qayğı göstərirlər ki…
- Bəs sizcə, Orxan Hadisəyə uğur gətirəcək? Yəni finala çıxmağa layiq iştirakçıdır?
- Orxan çox istedadlı reperdir. Amma "O Səs Türkiyə"də hər kəs məni Hadisə xanımın finalisti zənn edirdi. Özüm də şoka düşdüm.
- Elə biz də təəccübləndik. Buna baxmayaraq, pozitivliyinizi qoruyub saxlaya bilmisiniz, yarışmadan uzaqlaşdırılan digər həmyerlilərimiz isə çox kəskin reaksiya vermişdi.
- Ola bilər, mən bəzi iştirakçıların fikri ilə qətiyyən razılaşmıram.
- "O Səs Türkiyə" komandası sms səsverməsinə qədər, yaxud finalda azərbaycanlı iştirakçı saxlayacaq?
- Yəqin ki, saxlayacaq. Mən inanıram, amma bunun bir yarışma olduğunu unutmayaq. Yarışmada hər şey baş verə bilər. Saxlamamaları da o demək deyil ki, bizim irəli getməyimizi istəmirlər. Qətiyyən belə deyil, Türk Hava Yollarında yoxlanışdan keçən zaman polisin "Keç, torpağım" deməsi mənim üçün çox qiymətlidir! Bir və ya beş iştirakçıya görə bu qədər söz-söhbəti yaratmaq olmaz.
- Acun bəy sizi yarışmaya gələn il qatılmağı dəvət etdi. Yenidən getməyi düşünürsünüz?
- Təbii ki, düşünürəm.
- Gələn il hansı münsifi seçəcəksiniz?
- Bu cavab sirr qalsın.
- Hadisə xanımı seçəndə ona səmimi qəlbdən vurulduğunuz hiss olunurdu. Sizi uzaqlaşdırması ona olan hisslərinizi dəyişdirmədi ki? İncilik olmadı aranızda?
- Yox, ola da bilməz. Münsiflərin hər biri çox sadə insandır.
- Münsiflərin və Acunun Azərbaycanda müsabiqə ətrafında gedən xoşagəlməz söz-söhbətdən, daha dəqiq desək, kənarlaşdırılan iştirakçıların etirazından xəbəri var?
- Var.
- Bu, onlara necə təsir edib?
- Çox gülünc etirazdır. Bu, söz-söhbəti yaradan saytlara başından böyük məlumatlar verənlər utansın. Bu qədər!
- Müqayisə etsək, türkiyəli iştirakçıkarın səsi və çıxışı azərbaycanıllarlardan daha güclüdürmü?
- Türklər bizim Azərbaycan musiqisinə heyrandır. Sadəcə yarışmaya görə, məsələni bu qədər uzatmaq həqiqətən gülməlidir.
- Bəli, türklər bizim ifaçıları çox sevir və maraqla qarşılayır. Amma sonda yarışmadan azərbaycanlıların çıxarılması istər-istəməz bizə təsir edir.
- Bəziləri elə düşünür ki, onların səsindən şou və reytinq yaradıblar, halbuki "O Səs Türkiyə" onsuz da şou verilişidir. Bu məsələ ilə bağlı yalnız onu deyə bilərəm ki, hər iki qardaş ölkəni çox sevirəm.
- Oxuduğunuz janr çox çətindir. Bir də yarışmadan sonra sizə iş və ya toylara təkliflər gəlib?
- Bəli, ispan janrının xəstəsiyəm, öz üzərimdə çox çalışıram. Yarışmadan sonra təbii ki, işlə bağlı yeni iş təklifləri gəlib. Onları zamanla dəyərləndirəcəm.
Publika.az

Xəbərlər     Baxılıb: 1930   Tarix: 15 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

turlar.az

geyim şəkilləri toy gecesi geymler 2026 cennet almasi murebbesi pnevmoniya xesteliyi kətə reseptləri qara qarağat kosmetika xanım az haxisda zencefil nizami gəncəvi sevda