"O səsi tanıdım…" – Aybeniz Haşımovadan qızına kövrək ad günü təbriki

Tanınmış sənətçi Aybeniz Haşımova qızı Ayni­şanın ad günü münasibətilə sosial mediada duyğusal paylaşım edib.
azxeber.com xəbər verir ki, sənətçi paylaşımında illər əvvəl ana olduğu günü xatırlayaraq həmin anları "həyatının ən böyük imtahanı və möcüzəsi" kimi təsvir edib.
O, martın 20-dən 21-nə keçən gecə saat 01:30-da dünyaya gələn qızının ilk səsini eşitdiyi anı xüsusi vurğulayaraq, bu hisslərin sözlə ifadə olunmasının çətin olduğunu bildirib.
"Və gecə saat 01:30, 20-dən 21-ə keçən gecə. Bir səs gəldi, bu səsi sanki əvvəl də eşitmişdim. Bir vaxtlar səhnədə çox zil səslə muğam oxuyarkən, yüksək bir notda içimdən qopan bir haray duymuşdum. O səs balamın səsi idi. Tanıdım onu…"
Paylaşımda uzun müddət çəkdiyi əziyyətlərdən, etdiyi dualardan bəhs edən Haşımova, övladının sağlam şəkildə dünyaya gəlməsini Allahın bir lütfü kimi dəyərləndirib. O qeyd edib ki, həmin andan sonra onun üçün yeni bir həyat başlayıb və bütün çətinliklər övladının gəlişi ilə unudulub.
Müğənni hazırda da dualarının mərkəzində qızının olduğunu vurğulayaraq, onun xoşbəxt, mərhəmətli və xeyirli bir insan kimi böyüməsini arzuladığını bildirib. Eyni zamanda, bütün anaların dualarının qəbul olunmasını diləyib.
Sonda isə sənətçi qızı Ayni­şaya sevgi dolu sözlərlə müraciət edərək, onu bu dünyada ən çox sevən insanın özü olduğunu qeyd edib və ad günü münasibətilə xoş arzularını çatdırıb.
Aysel

Şou Biznes     Baxılıb: 1069   Tarix: 23 mart 2026
f Paylaş

Oxşar xəbərlər

.

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib

.

Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi

Türkiyəli aktrisa Biran Damla Yılmaz haqqında Almaniyada 6 ay müddətinə həbs cəzası verilib. Türkiyə mediası xəbər verir ki, aktrisanın botoks, dolğu və lazer prosedurlarından yaranan borcu 285 min avroya çatıb. İddialar

.

Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı

Müğənni Tacir Şahmalıoğlu xəsətəxanadan evə buraxılıb. xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb:. "Gözəl millətimin sonsuz duaları nəticəsində ayağa qalxdım. Qarşınızda baş əyirəm. Şir həmişə şirdir

.

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Məşhurlar artıq yalnız kino, musiqi və ya televiziya layihələrindən qazanc əldə etmirlər. Onların bir çoxu öz adını ayrıca brendə çevirərək kosmetika, geyim, içki, enerji içkiləri və hətta rəqəmsal aktivlərdən milyonlarl

.

Serdar Ortaç vəsiyyətini açıqladı

Türkiyəli müğənni Serdar Ortaç sağlığında vəsiyyətnaməsini hazırladığını və bütün əmlakının kimlərə qalacağını müəyyənləşdirdiyini açıqlayıb. Sənətçi ölümündən sonra əmlakının illər əvvəl vəfat edən qardaşının övladları arasınd

.

Türkiyədə məşhurlar saxlanıldı

İstanbulda məşhurların da aralarında olduğu şəxslərə qarşı narkotik əməliyyatı keçirilib. Əməliyyat Bakırköy Respublika Baş Prokurorluğunun apardığı "Məşhurlara qarşı narkotik araşdırması" çərçivəsində İstanbu

.

Məşhur aktyor vəfat etdi

ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub. Qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında ba

.

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

.

Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. . xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsa

turlar.az

hamilelikde qidalanma gözəllik məhsulları sade makiyaj sekilleri kaktusa qulluq 3 baci dolmasi kişi dünyası seksual kosmetika burclerin uyumu tərəzi saglam qidalanma azerbaycan qız bürcü