"O videonu mən yaymamışam!" - Anarın arvadı ittihamlara cavab verir

"O videonu mən yaymamışam!" - Anarın arvadı ittihamlara cavab verir"Çox xahiş edirəm, imkan versinlər uşaqlarım bu gündən sonra gün görsün. Onsuz da onlar kifayət qədər zərbə alıblar. Anar haqq dünyasına qovuşsun. Söz söhbəti də yığışdırsınlar".

Bu sözləri Axşam.az-a ötən gün dünyasını dəyişən reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva deyib.

Anjelika reperin ölümündə onu günahlandıran qayınanasının sözlərinə münasibət bildirib:

"Mən Allah deyiləm. Can verməmişəm ki, can da alım. Anar mənim alqışımla yaranmayıb ki, qarğışımla da ölsün. Bilmirəm, qayınanamın mənə qarşı məqsədi nədir. Ona qarşı pis olmamışam. Həmişə deyirəm, deyəcəm də, o da mənə qarşı pis olmayıb. Başa düşürəm, övladını itirmiş anadır. Amma mənim heç bir günahım yoxdur. Ev pulu almağımın da o videoya heç bir dəxli yoxdur. Əlimdə o videonun mənim yaymadığımı sübut edən sənədlər var. Bu sənədlər də hamıya təqdim olunacaq. Sübut yoxdur ki, mən kimisə şantaj eləmişəm. Mən kiməm ki, kimisə şantaj edim? Bəli, uşaqlarımın haqqını tələb etmişəm. Hansı qadın istəyər övladları küçədə qalsın? Bunu tək mən yox, o ailə də düşünməlidir. Oğlumun 10, qızımın 6 yaşı var, körpə deyillər. Hər şeyi başa düşürlər. Evdən məhrum eləmisiniz, vidalaşmağa da qoymadınız".
A.Cəbiyeva yas mərasiminə getməmə səbəbini də açıqlayıb:

"Düzdür, getmədim. Çünki nə anası istədi, nə də atası. Rizvan müəllim uşaqların ataları ilə vidalaşmasına icazə vermədi. Uşaqları bundan da məhrum elədilər. Bilmirəm məqsədləri nədir. Başımın üstə Allah var, Rizvan müəllim mənimlə pis danışmadı. Dedi ki, indi gəlmə. Qəbir üstə səni də, uşaqları da apararam. Orada gedib vidalaşarsız. Çünki yoldaşımın xasiyyətini tanıyıram. Mənə qulaq as, gəlmə. Ona görə də getmədim".

Cəbiyeva Anarın ölüm xəbərini hələ də övladlarına demədiyini söyləyib:

"Anarın yadigar 2 övladı var. Biri anasının adını daşıyır, Şərqiyyə, digəri Tamerlan. Uşaqlarım ikinci dəfə atasız qaldılar. Düşünə bilmirəm ki, oğluma atasının öldüyünü necə deyəcəm. İki gündür içimdə qovruluram, üzünə baxa bilmirəm. Tamerlan Anarın yadigarı olaraq qalacaq, onun soyadını daşıyacaq".

Cəbiyeva eyni zamanda bildirib ki, ailə həyatı qurandan Anar xəstə olub:

"Anamın evində saxlayıb onun müalicəsini mən etdirmişəm. Xəstəxanaları gəzmişəm. Həkimlər deyib ki, ona içki içmək olmaz. Dünən də atasına zəng vuranda dedim ki, qaraciyərini müalicə eləmişdiniz, nə oldu? O da dedi ki, içki içirdi. 3 il əvvəl qayınatamla da xəstəxanaya apardıq, bütün analizlərini verdik. Demişdim ki, Anar içmək olmaz sənə".

Anjelika sonda keçmiş həyat yoldaşına Allahdan rəhmət diləyib:

"Anar elədiyini elədi. Haqq dünyasına qovuşdu. Allah günahlarını bağışlasın. Bundan sonra kimin başına nə gələcəyini bilmirik. Heç kim həyatdan sığortalanmayıb. Bundan sonra gərək elə yaşayaq ki, uşaqlar daha çox zərbə almasınlar. Ona görə söz-söhbəti yığışdıraq. Onsuz da ataları bunları küçədə qoydu getdi, bundan sonra onların haqlarını tapdalamaq nə dərəcədə düzgündür? Çox xahiş edirəm, mən nəvələrinizin anasıyam, bəsdirin. Başıma nələr gətirmədiniz. Bundan sonra mənə rahatlıq verin, uşaqlarımı böyüdüm. Hamımız ölüb gedəcəyik, o dünyada cavab verəcəyik. Kim kimə şər atırsa, yalan danışırsa, Allah qarşısında cavab verəcək. Qorxmurlar? Bəsdirin artıq. Qoyun, heç olmasa, ölən də öz yerini tapsın".

Xəbərlər     Baxılıb: 1985   Tarix: 06 avqust 2018
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

turlar.az

geyim və ayaqqabılar geyim seçimi sac duzumleri baş ağrısı usaq oyuncaqlari praktiki məsləhətlər ekzema xəstəliyi kosmetika pizza səməd vurğun kahfe kali laylalar namiq qaraçuxurlu