Öd kisəsində daş əmələ gətirən 5 SƏBƏB

Öd kisəsində daş əmələ gətirən 5 SƏBƏBQaraciyər daim öd ifraz edir. Öd xüsusi orqanda - öd kisəsində toplanır və daha sonra ehtiyac yarandıqda onikibarmaq bağırsağına daxil olur. Öd həzm proseslərində iştirak edir, yağları parçalayır. Öd xolesterol, turşular, piqmentlər və fosfolipidlərdən ibarət olan duru maddədir.
Bəs bu maddə necə daşlara çevrilir?
Milli.Az medicina.az-a istinadən əsas səbəbləri təqdim edir.
1. Qida qəbulları arasında uzun fasilələr
Öd kisəsini sağlam saxlamaq üçün gün ərzində 4-5 dəfə qida qəbul etmək lazımdır. Öd 12 barmaq bağırsağına burada qida kütləsi olduqda ifraz olunur. İnsan gün ərzində böyük fasilələrlə qida qəbul edirsə öd durğunlaşır, qatılaşır, öd kisəsində çöküntülər əmələ gəlir, daha sonra bu çöküntülər birləşir və daşlar əmələ gətirir.
2. Azhərəkətli həyat tərzi
Azhərəkətli həyat tərzi bütün orqanizm üçün ziyanlıdır. Bu zaman qan dövranı pisləşir ki, bu da orqanizmin müxtəlif orqan və sistemlərində durğunluq proseslərin və iltihabların inkişafına şərait yaradır.
3. Piylənmə
Piylənmə zamanı maddələr mübadiləsi prosesləri pozulur, bütün orqan və sistemlər yükləmələrlə şiləyir ki, nəticədə müxtəlif pozulma və xəstəliklərin və o cümlədən öd daşı xəstəliyinin riski artır.
4. Qadın cinsi
Öd daşı xəstəliyinə qadınlar arasında kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir. Bunun əsas səbəblərindən biri Hamiləlikdir. Hamiləlik zamanı öd kisəsi uşaqlıq tərəfindən sıxılır, orqanizmin hormonal fonu kəskin dəyişilir ki, bu da öd kisəsində daşların əmələ gəlməsinə gətirib çıxarda bilər.
Doğuşdan sonra, klimaks zamanı qadın orqanizmində çox ciddi hormonal dəyişikliklər baş verir və bu dəyişikliklər də öd daşı xəstəliyinin inkişafına zamin yaradır.
Həmçinin hamiləlik əleyhinə həblərin qəbulu da öd kisəsində daşların əmələ gəlməsinin riskini artırır.
Bir çox digər xəstəliklər kimi öd daşı xəstəliyinin inkişafına irsiyyət təsir edə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1499   Tarix: 10 mart 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dirilik suyu – Şalğam: Min dərdə dəva olan sehirli içkinin əvəzsiz faydaları

Şalqam suyu adlanan alkoqolsuz ferment içki qardaş ölkə Türkiyəyə aiddir. xəbər verir ki, Türkiyənin cənub bölgələrində kəşf olunan şalgam suyu maraqlı ləzzəti və özünəxas dadıyla hərkəsin diqqətini cəlb edir. Şalğam suy

.

Ayaq və əllərdə göbələk varsa, belə edin

Dırnaqdakı göbələk virusundan yəqin ki, çox insan əziyyət çəkib. Bir dəfə bu problemlə qarşılaşmaq onun tez-tez qayıdacağından xəbər verir. -ın məlumatına görə, göbələk virusu yaz və yay aylarında daha da aktivləşir. Onu

.

Yanından keçirik, amma şəfasınl bilmirik

Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. .  xəbər verir ki, xalq arasında "turşəng" və ya "quzuqulağı"

.

Çərəz yeyərkən "tək bir şərt" var

Qoz-fındıq və digər çərəzlər ürək sağlığından xərçəngə qədər bir çox xəstəliyə qarşı qoruyucu təsiri ilə seçilir.  xəbər verir ki, çərəzlər su tərkibi aşağı, lakin protein, sağlam yağlar, lif, vitaminlər (xüsusilə E vitamini

.

Xərçəng halları niyə atır? - SƏBƏBLƏR

Ümumdünya Səhiyyə Təşkilatı məlumatına görə, hər il dünyada təxminən 20 milyon yeni xərçəng halı qeydə alınır, 10 milyona yaxın insan isə bu xəstəlik səbəbilə həyatını itirir. . xəbər verir ki, türkiyəli onkoloq Dilşən Çola

.

Stress sizi necə dəyişir? - Əlamətləri və çıxış yolları

Müasir həyatın ayrılmaz hissəsinə çevrilən stress insan orqanizminə həm fiziki, həm də psixoloji təsir göstərir. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qısa müddətli stress bəzən faydalı olsa da, uzun müddətli gərginli

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları

Bir çox insan qaşınma, sulu gözlər, qızartı və göz qapaqlarının şişkinliyini mövsümi reaksiya kimi qəbul edir, lakin bu, həm də infeksiya ola bilər. xəbər verir ki, bunu rusiyalı həkim Karina Kozina yerli KİV-ə açıqlamasınd

turlar.az

gelinlikler hamiləlik geyim dəbləri sonsuzluq və onun müalicəsi naina ibrahimova dondurma atalar sözləri elm haqqinda kosmetika dostluq əfsanələr səməd vurğun vətən hakista