Ofisdə sağlam qidalanma üçün ipucları

Ofisdə sağlam qidalanma üçün ipuclarıAz qala hamımız şəxsi həyatımızı işimizə qurban veririk. İşə gecikməmək və ya bəzi işləri çatdırmaq üçün az yatırıq, səhər yeməyini yemirik, işdə çox yorulduğumuzu söyləyərək idman etməyə enerjimizin qalmadığından şikayət edirik. Və bu arada sağlam qidalanmanı ya unuduruq, ya da uyğun hesab etdiyimiz ayaqüstü yeməklərlə vəziyyəti yola verməyə çalışırıq. İş yeməkləri, iş yoldaşlarımızın ad günləri və bir çox tədbirlər zamanı yüksək kalorili yeməklər əslində qidalanma rejimimizin dəyişməsinə və düzgün olmayan qidalanmanı normal saymağımıza səbəb olur. Amma siz artıq bu problemin fərqinə varanlardansınız və qeyri-sağlam qidalanmaya qarşı strateji ipucları əldə etməyə daha layiqsiz!
PROBLEM 1) İş yoldaşlarınızla birgə yaxınlıqdakı restorandan nahar sifariş verməlisiz, amma onlar dönər, pizza kimi yüksək kalorili və ya qızardılmış yeməklərə üstünlük verirlər.
HƏLLİ: Ofisə evdən yeməklə getmək istəmirsizsə, o halda ətrafdakı restoranların ən sağlam menyularını fosforlu qələmlə qeyd edin, sizə zərərli olanların üzərindən isə "X" işarəsini çəkin. Və bu menyuları çəkməcənizdə saxlayın, nahar vaxtı çatdığında isə önünüzdə olan və işarələnmiş bu siyahılardan nə yemək istədiyinizi rahatca seçə bilərsiniz. Yaxındakı restoranlara bağlı qalmaq istəmirsizsə, başqa restoranların menyularından ətlər, paxla, noxud və mərcimək, meyvə-tərəvəzlər və bostan məhsullarından hazırlanaraq sobada, buxarda bişmiş və ya qaynadılmış yeməkləri seçə bilər və sağlam qidalanmış olarsınız.
PROBLEM 2) Gününüz çox gərgin keçdi və siz saat 16:00-a qədər heç bir şey yemədiyinizi və acından az qala "bütün dünyanı" yeməyə hazır olduğunuzu fərq etdiz!
HƏLLİ: Bu cür uzun ac qalmalar məsləhət görülmür və mütləq ağzınıza bəzi qidalar atmalısız. Əgər iş başınızı çox qarışdırırsa və yemək yeyəcəyinizi unudursuzsa, telefonunuza sizi xəbərdar etmək üçün səsli-yazılı xatırlatmalar qeyd edin. Uzun müddət ac qalmaq insanı arıqladmır, əksinə, bu hal insanın ən böyük düşmənidir. Yeməklər arasındakı müddət uzun olduqca qanda şəkəriniz azalır və bir şey yemək üçün siqnallar göndərilir. Əlbəttə ki, uzun aclıqdan sonra daha çox yeyəcəksiniz və yüksək kalorili qidalara qarşı iradəniz də zəifləyəcək.
Vaxt tənzimləməkdə cətinlik çəkənlər üçün: Səhər yeməyilə nahar arasında 4-5 saatdan artıq ac qalınmamalıdır. Digər yeməklər arasında isə 3 saatdan artıq müddət olmamalıdır.
PROBLEM 3) Ofisdə hər ay bir neçə iş yoldaşınızın ad günü qeyd edilir və tortlara, paxlavalara, piroqlara yox deyə bilmirsiz!
HƏLLİ: Həmin ayda doğulmuş bütün iş yoldaşlarınızın ad gününü tək bir gündə qeyd etməyi təklif edin və həmin gün ofisə evdə bişirilmiş sağlıqlı (qara undan hazırlanmış, az şəkərli, az yağlı, kiçik ölçülü) keks və ya biskvitlər gətirin. Beləcə, həmin ayda yediyiniz un məhsullarının sayını azalda, keyfiyyətlərini isə artıra bilərsiz. Bəzi iş yoldaşlarınız sizinlə həmfikir deyilsə, sizin kimi sağlam qidalanmaq istəyən dostlarınızla birgə ad günlərində şirniyyat əvəzinə meyvə (alma, portağal, banan) salatları və ya meyvəli (qaysılı, kişmişli, çiyələkli) yoğurtlar ala və ya sifariş edə bilərsiniz. Hər kəs sizinlə razılaşmaya bilər, amma siz öz sağlamlığınız üçün davam və israr edərsizsə, növbəti aylarda bir çox insanın könüllü olaraq sizin kimi qidalanmağa başladıgına şahid olacaqsız. Çünki aradakı fərqi görəcəklər.
PROBLEM 4) Ofisdə yanınızdakı masanın üstündə içərisi biskvit və şokoladlarla dolu və boşaldıqca doldurulan böyük bir qab var və sizə də hər dəfə yeməyiniz üçün israrlı təkliflər olur!
HƏLLİ: Belə hallarda qarşı tərəfin etiraz edəcəyindən qorxmayın. Kiçik bir təşəkkür və ya gülümsəmə ilə o qidanı yemək istəmədiyinizi hiss etdirə bilərsiz. Əgər iradəniz zəifdirsə, iş yoldaşınızdan o qabı ortalıqdan götürməyi xahiş etməyiniz mümkündür. Başqa metod isə o qabın sağlam qidalarla doldurulmasına yardım etməkdir. Boşaldığını görürsüzsə, oraya meyvə qurusu tökərək, zərərli qidalarla doldurulmasının qarşısını ala bilərsiz. Başqa alternativ isə, polad kimi olan öz sağlam iradənizi mükafatlandırmaqdır. Çəkməcənizə bir pul sandıqçası qoyun və zərərli qidalara hər "yox" dediyinizdə, onun içinə 1-2 manat atın. Həftə sonunda yığdığınız bu pulları özünüz üçün idmana (futbol, tennis), kinoya, gəzintiyə, uşaqları əyləndirməyə və sairəyə istifadə edə bilərsiniz. Düzdür, bu strategiya bir az intizam və motivasiya istəyir, amma əmin olun ki, həftə sonunda sağlam və aktiv bədəniniz sizə təşəkkür edəcək.
Bəli, bu tövsiyələr sayəsində "işə başlayandan bəri 5-10 kq artdım" cümləsini daha az eşidəcəyik. Bu misalları oxuduqca onları həyata keçirməyin nə qədər asan olduğunu düşündüyünüzə əminəm. Amma aparılan tədqiqatlar bu tövsiyələrə təmkinli və qərarlı şəkildə riayət edilmədiyi təqdirdə lazımi nəticələrin alınmadığını göstərir. Deməli, biz daha da diqqətli, səbrli, stabil, motivasiyalı və məqsədyönlü olmalıyıq.
Dr. Səlim Əhədov
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2077   Tarix: 02 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

toy makiyaji sekilleri yaz geyimleri 2026 hamilelikde qidalanma ehtiraslı şəkillər qışa hazırlıq badımcan bürclər haqqında baliq yaginin faydalari kosmetika novruza aid hakistalar novruza aid hakışda haxisdalar xocali balıq