Oğlan uşaqları qızlardan daha çox kəkələyir - Həkim nevroloq

Oğlan uşaqları qızlardan daha çox kəkələyir - Həkim nevroloqAğır psixoloji travmalar, o cümlədən güclü qorxu, ifrat sevinc hissi kəkələməni artıran başlıca səbəblərdir
Son illərdə kəkələmə hallarının xüsusilə uşaqlar arasında artdığını nəzərə alaraq, bu haqda valideynlərə, əsasən də gənc valideynlərə maarifləndirmə məqsədlə qısa məlumat verməyi lazım bildik və mütəxəssisə müraciət etdik.
ATU-nun Nevrologiya kafedrasının assistenti, həkim-nevroloq İsa Alışanov kəkələmənin artikulyasiya aparatının nitq aktının formalaşmasında iştirak edən əzələlərinin funksional və ya orqanik genezli qıcolmaları səbəbindən baş verdiyini dedi.
Bildirdi ki, dünya əhalisinin təxminən 1 faizinin əziyyət çəkdiyi kəkələmə səslərin, hecaların və sözlərin uzadılması, danışıqda tez-tez fasilələrin olması ilə müşahidə edilən nitq qüsurudur. Onun sözlərinə görə, ən çox 2-6 yaş arasında inkişaf edən kəkələməyə qızlarla müqayisədə daha çox oğlanlarda rast gəlinir.
Həkim-nevroloq kəkələməyə gətirib çıxaran əsas amillərdən danışaraq qeyd etdi ki, ağır psixoloji travmalar, o cümlədən güclü qorxu, ifrat sevinc hissi və s. kəkələməni artıran başlıca səbəblərdir. Eyni zamanda insan psixikasına mənfi təsir edən uzunmüddətli patoloji vəziyyətlər, uşağın baş beyin funksiyalarının müxtəlif səbəbli doğuş zədələri, hipoksiya, asfiksiya, beyin silkələnmələri və digər pozulma halları da adıçəkilən nitq qüsurunu kəskinləşdirə bilər.
Kəkələyən uşaqlar bağçada, məktəbdə, eləcə də digər kollektivlərdə həmyaşıdları ilə ünsiyyətdə olarkən müəyyən problemlərlə qarşılaşırlar. Bu da onların həyat tərzinə, xüsusən də davranışına, xasiyyətinə və rəftarına mənfi təsir göstərir:
"Belə ki, kəkələyən uşaqlar ünsiyyətdən çəkinir, özünə qapanmaya, tək qalmağa, hətta təcavüzkarlığa meylli olurlar. Ən başlıcası isə, danışmağa həvəs göstərmirlər, ünsiyyətdən qaçırlar. Onlarda loqofobiya inkişaf edir. Ona görə də valideynlər övladlarının kəkələdiyini hiss etdikləri andan pediatra, ilk növbədə uşaq nevroloquna müraciət etsələr, problem böyüməz və nəticədə kəkələmə aradan qalxar".
Müalicənin daha effektli olması üçün uşaq nevroloqu, psixoloq və loqopedin əlaqəli işləməsinin vacibliyinə toxunan həkim, diaqnoz vaxtında qoyulduqda və müalicə düzgün aparıldıqda, tam sağalmaya nail olmağın mümkünlüyünü diqqətə çatdırdı.
Xatırladaq ki, kəkələmədən əziyyət çəkən ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı Uinston Çerçil, kino aktrisası, müğənni və model Merilin Monro, məşhur fizik, riyaziyyatçı, astronom və kimyaçı alim İsaak Nyuton və nitq qüsurlu digər tarixi şəxsiyyətlər özlərini ifadə etməyi bacarıblar.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1611   Tarix: 10 noyabr 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

adlarin menasi gelinlikler yaz geyimleri 2026 qadindunyasi.az valideynlərə məsləhət xəyanət dondurma kosmetika irem derici dostluq kahfe falı qadin.az zəhmət