Oğlan uşaqlarına niyə üstünlük verilir?: "Ciddi səbəbləri var" - Sosioloq

Oğlan uşaqlarına niyə üstünlük verilir?: 2018-ci ildə Azərbaycanda 751 uşaq övladlığa götürülüb ki, bu da 2017-ci illə müqayisədə 14,4 faiz azdır. Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7 faiz azalaraq 402 nəfər, qızların sayı 15,1 faiz azalaraq 349 nəfər olub. "Bu gün azərbaycanda oğlan uşaqlarına ümumiyyətlə üstünlük verilir".
Bu barədə sosioloq Cavid İmamoğlu açıqlama verib:
" Nəinki övladlığa götürüləndə hətta dünyaya uşaq gətirəndə belə selektib abortlar var. Qız uşaqlarını abort etdirirlər ki, oğlan uşaqlarına yiyələnsinlər. Gənc ailələr və yaxud da ikinci və üçüncü uşağa sahib olmaq istəyənlər. Oğlan uşaqlarına üstünlük verilməsinin cəmiyyətdə bəlli səbəbləri var. Bu ondan irəli gəlir ki, ailələr düşünürlər ki, oğlan uşaqları gələcəkdə ailənin, nəslin davamçısıdır. Yəni ailəni qoruyandır. Nəsli davam elətdirir, soy adı, ata adını davam elətdirir. Mülkiyət ona məxsus olur, mülkiyəti davam etdirir."
Sosioloqun sözlərinə görə, valideyinlər düşünürlər ki, oğlan uşağı ailəyə maliyyə dəstəyi edir, yəni pul qazanır. Qızlar isə bunu bacarmır. Ailəyə cavabdehlik daşıya bilir: "Belə absurt fikirlər çox təssüf ki, cəmiyyətimizdə mövcuddur. İllərdir sındırılması mümkün olmayan bir stereotip var.  Dünyaya qız uşağı gəldisə o maddi cəhətdən yük, oğlan isə xeyir kimi baxılır".
Cavid İmamoğlu qeyd edib ki, Övladlığa verilmə ilə bağlı azalmanın müşahidə olunması övladlığa verilmə ilə bağlı prosedurları qeri şəffaf olması ilə bağlıdır: "Bilirsiniz ki, ötən il prezident fərman verdi. Övladlığa götürülmə ilə bağlı artıq yeni qanunvericilik layihəsi hazırlanır. İyunda artıq əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən bu qanunlayihəsi təqdim olunacaq. Burada  məsələ ondan ibarətdir ki, övladlığa uşaq verilmə prosesi şəffaflaşdırılacaq və elektron qayda da aparılacaq. Bura da sosial işçilərin cəlb olunması ilə uşağın ən yaxşı ən öndə marağı naminə bütün proses təşkil olunacaq. Belə olan halda artıq uşaqların övladlığa verilməsi prosesi artıq bürokratik əngəllərdən azad olacaq. Hərkəs bəlli kretieriyalara cavab verirsə onlar müraciət edib, növbəyə düşüb və sonradan uşaq götürülməsi prosesinə cəlb oluna biləcəklər. Yəni bundan sonra artıq övladlığa görütürülməsi prosesində artım müşahidə olunacaq. Bəli indiki halda proses çox qəliz və çətindir. Buna görə də bu prossesdə azalma müşahidə olunur".
Qeyd edək ki,2018-ci ildə əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqların sayında 10,5 faiz, 3-5 yaşlı uşaqların sayında 19,2 faiz, 6-10 yaşlı uşaqların sayında 21,0 faiz, 11-17 yaşlı uşaqların sayında isə 11,9 faiz azalma müşahidə olunub və bu yaş qruplarında müvafiq olaraq 376, 139, 132 və 104 uşaq övladlığa götürülüb.Ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülüb ki, onların da 4-ü qızdır. 2018-ci ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı əvvəlki illə müqayisədə 15,5 faiz artaraq 67 olub.
Milli.Az

Xəbərlər     Baxılıb: 1056   Tarix: 07 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geyim dəbləri toy makiyajlari toy gecesi maskaların hazırlanması qoç bürcü zaur gunay burc xelife kosmetika salam burclerin uygunlugu masturbasiya prostat efsane