"Oğlum dedi, sağalsan efirlərdə sağalacaqsan" - xalq artisti

"Oğlum dedi, sağalsan efirlərdə sağalacaqsan" - xalq artisti"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan xalq artisti Könül Xasıyeva maraqlı açıqlamalar verib.

Axşam.az xəbər verir ki, o, zarafatcıl olduğunu dilə gətirib:

"Zarafatsız həyat mümkün deyil. Mən həmişə tamaşaçılarımın qarşısına ciddi formada çıxmışam. Yenə də ciddiyəm. Şəkiliyik də. Bu zarafatcıllığa şəkili olmağımız da təsir göstərir. Mən yumoru sevən insanam".

17 il dərdini içində gəzdirib heç kəsə bildirməyən Könül xanım 4 il öncə də ağır bir durumla üz –üzə qalsa da, heç kimin bundan xəbəri olmayıb:

"17 ildir xəstəliklə mübarizə aparıram. Ancaq son dövrlərdəki kimi heç vaxt olmamışdım. 2013-cü ildə sadəcə əlim, ayağım tutulmuşdu. Onu isə həkim Heydər Aslanov müalicə etdi. Əlim, ayağım tutulanda İsraildən imtina gəlmişdi ki, daha gecdir. Amma azərbaycanlı həkimimiz 3 aya məni müalicə etdi. Evdən bayıra çıxmadım. O vaxt xəstələnəndə heç kim bilməmişdi".

İfaçı indiki durumu ilə bağlı da danışdı:

"İndi yaxşıyam, özümü yaxşı hiss edirəm. Ayağım açılıb, gəzirəm, əllərim açılıb, nitqim açılıb, danışıram, oxuyuram. Yavaş-yavaş işimin başına qayıdıram".

Çox çətinliklərlə üzləşən, mübarizə aparan və hər mübarizədən üzüağ çıxan Xalq artisti, mart ayında sevənləri önünə konsert proqramı ilə çıxacaq:

"Martın 17-si 50 yaşım tamam olur. Balıq bürcüyəm. Heydər Əliyev Sarayının rəhbəri Fərhad Babayevlə görüşdüm. Fərhad müəllim də dedi ki, 17-sində tədbir var, bəlkə, konsertiniz ayın 16-sı olsun. Dedim, lap yaxşı. Martın 17-si də ailəmlə doğum günümü qeyd edərəm. Vida konsertim olacaq. Efirlərə çıxacam, məclislərə gedəcəm, amma solo konsert bəsdir. Hiss edirəm ki, daha gücüm yoxdur".

Mart konserti ilə sevənlərindən ayrılan, onlarla vidalaşan Könül Xasıyeva artıq bu cür ağır işlərin arxasınca gedə biləcək gücünün qalmadığını söylədi:

"Konsert verərkən, 2-3 ay məşqlər gedir, biletlərlə maraqlanmalısan. Başım işə qarışanda övladım diqqətdən kənar qalır. Belə ağır işlərin arxasınca getməyə gücüm qalmayıb. Efirlərə getməyəndə övladımla oturub söhbət edirdik. Onda 9 yaşı vardı. Oğlum dedi ki, ana, sən sağalsan, efirlərdə sağalacaqsan. Efirlərə get. Uşaq bu məsələni ürəyinə salmışdı".

Xəbərlər     Baxılıb: 1870   Tarix: 19 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

geyim şəkilləri kosmetoloq qis geyimləri 2026 gözəllik və makiyaj qis salatlarinin hazirlanmasi salatlarin hazirlanmasi bezedilmesi dirnaqlar ucun maska kosmetika bahar qurd ve quzu novruz hakisdalari oyunlar vətən həsrətinə aid bayatılar