Öküz soliteri. Teniarinxoz

Öküz soliteri. TeniarinxozXəstəliyə hər yerdə rast gəlinir. Törədicisi öküz soliteri olub, iri buynuzlu heyvanlardan insana yoluxur. İnsan parazitə yoluxduqdan 2-3 ay sonra parazit bağırsaqlarda 150-170 minə yaxın sürfə qoyur. Yumurta ilə dolu proqlotittlər qopur və orqanizmdən xaric olunur. Orqanizmdə olan sürfələrin çoxu 9-12 ay ərzində məhv olur və toxumalarda duzlaşır, bəziləri isə bir-neçə il insanın bağırsağında yaşayır.
Xəstəliyə ən çox qaramal kəsimi ilə məşğul olan adamlarda rast gəlinir.
Teinanın (qurdun) daimi yaşayış yeri nazik bağırsaqlardır. Adətən insan xəstəliyə yoluxanda bağırsağında bir parazit olur. Teniarinxozda patoloji poroses qurdun sorucu aparatın və mübadilə məhsullarının bağırsaq divarını zədələməsi, reseptorların qıcıqlanması, onların toksiki təsiri, bağırsaq mənfəzində qida maddələrinin mənimsənilməsindən asılı olur. Teniarinxoz orqanizmdə aşağıdakı patologiyaların əmələ gəlməsinə səbəb olur:
- mədə-bağırsaq pozğunluğu
- arıqlama
- anemiya.
Qurd böyüdükcə hissələrlə qopur və bağırsaqdan xaric olur. Amma əsas hissəsi bağırsaqlarda illərlə qala bilir. Xəstəliyə hər yaş dövrlərində rast gəlinir.
Xəstəliyin əsas xarakterik əlaməti gecələr düz bağırsaqdan teniya hissələrinin çıxmasıdır. Teniarinxoz insanlarda aşağıdakı əlamətlərllə xarakterizə edilir:
- baş gicəllənməsi
- zəiflik
- ürəkbulanma
- qarında gurultu və köp
- iştahanın azalması və ya çox yemək
- nevroloji əlamətlər
- epilepsiya tutmaları.
Diaqnoz kliniki əlamətlərə əsasən qoyulur. Müalicə həkimlər tərəfindən uzunmüddətli aparılır. Xəstələrə fenasal, akrixin, bitional təyin edilir. Ayıdöşəyi dəmləmsi və preparatının da müalicədə faydası böyükdür.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 902   Tarix: 07 yanvar 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Soyuducunuzda varsa, ölüm saçır

Süd, yumurta, pendir, kolbasa, eləcə də bişmiş yeməklərin düzgün saxlanılmaması ciddi sağlamlıq riskləri yarada bilər. -a istinadən bildirir ki, mütəxəssislərin tövsiyələrinə əsasən, mətbəxdə və soyuducuda tez-tez rast gəlinə

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

Yod çatışmazlığı təhlükəlidir

Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir.  xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

turlar.az

toy makiyajlari yemek reseptleri geyim dəbləri əli əmirli kəklikotunun faydası gənc ana fitnes klubu kosmetika kondom bir arzum var englishdilində qulaq sağlıq atalar sozu