Ölən süpürgəçinin 9 yaşlı qızının BU SÖZLƏRİ ÜRƏK DAĞLADI - VİDEOREPORTAJ

Kənardan baxanda ilk baxışdan 9 yaşlı Jalənin heç nəyi dərk etmədiyini düşünürsən. Özü üçün qaçır, hoppanır, tullanırdı… Ancaq heç də belə deyildi. Xalası Tünzalə xanım söhbət əsnasında dedi ki, Jaləni anasının məzarından qoparmaq olmurdu. Pambıq kimi əlləri ilə torpağı cırmaqlayıb, "ana, mən pis övladam. Sən ölmüsən, mən isə burda atılıb-düşürəm", deyirdi…

Soruşduq: "Jalə, gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən?" Bir qədər düşündükdən sonra "deputat" cavabını verdi. Deyəsən, bu, taleyin ironiyası idi. Amma əmin olun ki, Jalə deputat olsa, Allah uzaq eləsin, bir də iş başında süpürgəçi ölümü qeydə alınsa, o, millət vəkili Musa Quliyev kimi "onu işləməyə nə məcbur edirdi?" sualı ilə çıxış etməyəcək.

Çünki o, çətinliyin nə olduğunu hələ uşaq yaşlarında görüb. Ən azından süpürgəçi qadının alın təri ilə qazandığı halal çörəyi yeyib. Dərslərini də yaxşı oxuyur, dediyini görə, "5+" alır.

Mərhumənin bacısı Tünzalə xanım da süpürgəçidir. Deyir, süpürgəçi həyatı cəhənnəmdir. Təhlükəli iş görmələrinə baxmayaraq, aldıqları maaş 250 manat civarındadır.

Mərhumə Cəmilə Salahovanın böyük qızı Zümrüdün isə 13 yaşı var. Dediyinə görə, atası anasından ayrıldığı vaxtdan indiyədək onlarla maraqlanmayıb. Cəmilə-Tünzalə bacıları kirayədə yaşaya-yaşaya qızlarını böyüdürdülər. Mərhumənin arzusu pul yığıb, heç olmasa birotaqlı da olsa, ev almaqdı. Amma süpürgəçi maaşı ilə bu arzunu reallaşdırmaq ucu-bucağı görünməyən səhrada su axtarmaq kimi bir şey idi…

Tale Cəmilə xanıma son mənzili qismət elədi. Bəs atası yox kimi olan bu uşaqların taleyi necə olacaq? İnanın ki, Milli Məclisdə maaş davası edən deputat Musa Quliyev də bu sualın cavabını bilmir…

Ölən süpürgəçinin 9 yaşlı qızının BU SÖZLƏRİ ÜRƏK DAĞLADI - VİDEOREPORTAJÖlən süpürgəçinin 9 yaşlı qızının BU SÖZLƏRİ ÜRƏK DAĞLADI - VİDEOREPORTAJÖlən süpürgəçinin 9 yaşlı qızının BU SÖZLƏRİ ÜRƏK DAĞLADI - VİDEOREPORTAJ

Xəbərlər     Baxılıb: 2666   Tarix: 03 aprel 2018
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

yay geyimləri 2026 geymler 2026 sade makiyaj sekilleri bilincik resepti ayaq dirnaqlara qulluq xina yaxdi sozleri 1 hefteye 5 kq ariqlamaq kosmetika oğlaq balıq ikizler novruz hakıştası xlor lekesi