Ölkəni cənginə alan virusa qalib gəlmək üçün bunları edin - Təbii çarələr

Ölkəni cənginə alan virusa qalib gəlmək üçün bunları edin - Təbii çarələrÖlkəmizdə yayılan qrip virusu insanlar arasında ciddi təlaş yaradıb. Hazırda H3N2 adlandırılan bu virus sürətlə yayılmaqdadır. Virus yalnız Azərbaycanda deyil, qonşu ölkələrdə də var və geniş yayılıb. Hətta bu qrip epidemiyası Fransanın Lion şəhərindəki qocalar evində 13 nəfərin ölümünə səbəb olub.

Ölkənin sosial məsələlər və səhiyyə naziri Marisol Turen ağır xəstəliyin ölümcül fəsadlarının 23 dekabrdan 7 yanvaradək olan müddətdə ortaya çıxdığını bildirib. Nazir vurğulayıb ki, belə hadisəni "fövqəladə vəziyyət" hesab edir. O qeyd edib ki, qripdən ölmüş qocaların orta yaş həddi 91,5 olub. Qocalar evində yaşayan 72 nəfərdən hazırda daha altı nəfəri xəstəxanaya yerləşdirilib. Nazir ölkənin İctimai Təminat Baş İdarəsinə hadisənin təhqiqatı ilə bağlı göstəriş verib.

Fransada qrip epidemiyası 2016-cı ilin dekabrından yayılıb. Ölkənin tibb mütəxəssisləri xəstəliyin xüsusən 65 yaşdan yuxarı insanlar üçün təhlükəli olduğunu bildiriblər.

Ölkəmizdə də qripə yoluxanlar kifayət qədər olsa da, hələ ki, ölüm faktı qeydə alınmayıb. Səhiyyə Nazirliyi sonuncu açıqlamasında H2N1 adlanan bu virusun təhlükəli olduğunu deyib. RTƏS-in Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova ötən ilin oktyabr ayından indiyədək Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyaya (RTƏS) kəskin respirator viruslara yoluxmalara görə laboratoriya müayinələrinin aparılması üçün 265 nümunə daxil olduğunu bildirib.

Onun sözlərinə görə, bu nümunələrin müayinəsi nəticəsində 2 nəfərdə A qripinin H3N2 virusu, 5 nəfərdə paraqrip, 6 nəfərdə Adena virus, digərlərində isə kəskin respirator virus infeksiyaları aşkarlanıb. R.İsmayılova qeyd edib ki, H3N2 virusunun aşkarlandığı 2 nəfər son 1 ay ərzində ölkədən kənara çıxmayıb: "Yəni bu, onlar tərəfindən gətirilmə virus deyil. Onlar elə Azərbaycanda olarkən bu virusa yoluxublar. H3N2 virusuna yoluxan şəxslər xəstəliklərini çox yüngül keçirdiklərindən onları heç stasionar müəssisəyə də yerləşdirməmişik. Həmin şəxslər artıq sağalıblar".

R.İsmayılova H3N2 virusunun mövsümi qrip olduğunu və onun daha yüngül klinik əlamətlərlə müşahidə edildiyini də söyləyib. Onun sözlərinə görə, bu virusa yoluxma zamanı xəstədə hərarət, başağrısı, boğaz ağrısı müşahidə edilir: "Qrip hesab olunmayan və qripə bənzər əlamətləri olan paraqrip və Adena virusa yoluxma zamanı da soyuqlama əlamətləri - yüksək hərarət, başağrısı, öskürək, boğaz ağrısı müşahidə edilir. Amma bu xəstəliklərdən ağırlaşmalar olmur. Biz müayinələr zamanı gördük ki, H3N2-yə yoluxanların vəziyyəti paraqrip və adena virusa yoluxanlarla müqayisədə daha yüngüldür".

Stansiya rəsmisinin sözlərinə görə, paraqrip, Adena virus və H3N2 viruslarından hansının insan orqanizmi üçün daha təhlükəli olması barədə fikir yürütmək olmaz: "Çünki bu xəstəliklərin necə keçməsi insanın özünün immunitetindən, gigiyenik qaydalara, yataq rejiminə əməl etməsindən asılıdır. Əgər insan yataq rejimində olmursa, özünü soyuğa verirsə, lazım olan həcmdə maye qəbul etmirsə, əllərini tez-tez sabunla yumursa, onda ağırlaşmalar baş verə bilər. Ona görə də demək mümkün deyil ki, bunlardan hansı daha ağır keçir. Bu, fərdi məsələdir".

Ümumiyyətlə qripə yoluxanlar artıq onlara antibiotiklərin də təsir etmədiyini deyir. Bəs qripdən qurtulmaq üçün hansısa təbii yollarla müalicələr, türkəçarələr varmı?

Təbii üsullarla müalicə həkimi Seyfəddin Əsəd qripə qarşı təbii vasitələrdən istifadə etməklə ondan xilas olmağın mümkün olduğunu dedi: "Əgər qrip olma ehtimalınız varsa və ya artıq qrip olmusunuzsa, burun boşluğuna hər iki saatdan bir soğan suyu tökülür. Əgər qripə yoluxan körpə uşaqdırsa, soğan suyu mütləq su ilə qarışdırılmalıdır. 2 saatdan bir 1 çay qaşığı bal ağızda sovrulur. Bir diş səhər, bir diş günorta və bir diş də axşam sarımsaq yeyilməlidir. Bir diş sarımsaq da kəsilib evdə boşqabda qoyulur ki, o virusların yayılmasının qarşısını alsın. Arı məhsulları, arı südü, çiçək tozu, bal, xüsusilə də tərkibində çoxlu təbii antibiotik olan, göbələk verməyən vərəm unu məhsulları qripin qarşısının alınmasında və müalicəsində çox əhəmiyyətlidir. Moruq, zoğal mürəbbəsi, sulu xəngəl, əvəlik yeyilməli, banka qoyulmalıdır. Xəstə keçi piyi ilə özünü yağlatmalı və möhkəm tərləməlidir. Bununla da qrip bir günə keçib gedir, ikinci günə keçmir".

S.Əsəd qriplərin fərqli olduğunu dedi: "Bu cür yayılan qriplər fərqlidir. Eləsi var ki, heç burundan su gəlmir. Birbaşa temperatur kəskin şəkildə qalxır. Bu, xüsusilə körpə uşaqlarda immunitet aşağı olduğu üçün kütləvi hal alıb. Ona görə də belə vəziyyətdə uşaqları evdə saxlamaq təhlükəlidir. Temperatur qalxanda qıcolmalar ola bilər və ciddi fəsadlara gətirib çıxara bilər. Ona görə də immuniteti yüksək olan adamlar qripə yoluxmurlar. Məsələn, arıçılar qripə heç vaxt yoluxmur. Qripli adam 10 adamla görüşür. Kimin immuniteti aşağıdırsa, o, qripə yoluxur. İmmuniteti yuxarı olan adamlarda isə bu, özünü göstərə bilmir. Qripin növləri çox olduğuna görə təəssüflər olsun ki, onun birbaşa müalicəsi üçün vaksin yoxdur. Bu da ciddi fəsadlara gətirib çıxarır. Orqanizmdə saçdan dırnağa qədər zədələyə bilmədiyi bir nöqtə yoxdur. Çünki qrip virusdur. Virus olduğu üçün də hər yeri deşib zədələyə bilir. Ürək əzələsində, oynaqlarda və yaxud da müxtəlif boşluqlarda həmin yerin iltihabına qədər ciddi fəsadlara səbəb ola bilir. Xüsusilə də beyin toxuması olduqca həssasdır. Bu virus bütün mərkəzləri zədələyə bilir. Ona görə də qripdən qorxmaq və müdafiə olunmaq lazımdır".
musavat.com

Xəbərlər     Baxılıb: 1600   Tarix: 13 yanvar 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

toy makiyaji sekilleri qadin dunyasi qadın geyimi uşaq dünyası kişi psixologiyası bilinçik resepti qadın sonsuzluğu kosmetika cantalar atalar sozu salatlar sevda qaynanaya aid