Ölümcül kokteyl - İnfarkta səbəb olan içki barədə xəbərdarlıq

Ölümcül kokteyl - İnfarkta səbəb olan içki barədə xəbərdarlıqTərkibində qəhvə və ya enerji içkisi olan sərt alkoqollu kokteyllər infarkta, insulta gətirə bilər.
Milli.Az məlumat verir ki, bu barədə rusiyalı qastroenteroloq Olqa Mayorova xəbərdarlıq edib.
O bildirib ki, bu içkilərin arterial təzyiqi yüksəltmə riski var.
"Alkoqolun enerji içkiləri, ya da qəhvə ilə kokteyli arterial təzyiqin kəskin yüksəlməsinə, hətta hipertonik krizə səbəb ola bilər. Bu, xüsusilə ürək-damar xəstəlikləri olan insanlar üçün təhlükəlidir, çünki infarkt və ya insultla nəticələnir. Bundan əlavə, hər iki içki sidikqovucu təsirə malikdir ki, bu da ciddi dehidratasiyaya səbəb olur. Bu isə öz növbəsində baş gicəllənməsi, ürəkbulanma və digər simptomlarla nəticələnir", - deyə həkim qeyd edib.
Mütəxəssisin sözlərinə görə, bu cür kokteyllərlə bağlı əsas risklərə həmçinin aldadıcı ayıqlıq hissi də daxildir.
"Enerji içkilərinin tərkibində kofein və digər stimullaşdırıcılar var. Onlar alkoqol sərxoşluğunun əlamətlərini gizlədə bilər. Bu isə insanın əslində nə qədər alkoqol içdiyini dərk etməməsinə gətirib çıxarır, nəticədə, kəskin alkoqol zəhərlənməsi riski artır. Bundan əlavə, araşdırmalar göstərir ki, araq və enerji içkilərindən hazırlanan kokteylləri içən insanlar xəsarət almağa iki dəfə daha çox meyillidirlər. Bu, aktivliyin artması və öz vəziyyətinə nəzarətin azalması ilə əlaqədardır", - deyə Mayorova bildirib.
Həkim bu cür kokteyllərin müntəzəm istifadəsinin asılılıq yaratdığı, mədəaltı vəzi problemlərinə səbəb olduğu, həmçinin şəkərli diabet riskini artıra biləcəyi ilə bağlı da xəbərdarlıq edib.(oxu.az)
Milli.Az

Xəbərlər     Baxılıb: 1746   Tarix: 08 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

turlar.az

toy makiyaji sekilleri yay kolleksiyasi qaşların formalari bürc xəbərləri qripdən necə qorunmalı etiraflar gözəl saçlar kosmetika aybawi tapmacalar seksi hekaye janri xərçəng bürcü