Ölümcül qripdən necə qorunaq?
Yanvar ayı daxil olandan iki azyaşlı yüksək qızdırmadan dünyasını dəyişib.
Hər ikisində qızdırma, virus infeksiyası və pnevmoniya əlamətləri olduğu müəyyənləşib.
Milli.Az-ın məlumatına görə, 20 saylı şəhər poliklinikasının baş həkimi- terapevt Nigar Abdullayeva deyir ki, qrip virusu bəzən daha şiddətli əlamətlərlə özünü göstərə bilir. Çox vaxt qripə yoluxan azyaşlılarda hərarəti salmaq çətin olur.
Bu səbəbdən ağır nəticələrdən özümüzü və uşaqları qorumaq üçün ildə 1 dəfə qrip əleyhinə peyvənd olunmalıyıq.
Gigiyena və Epidemiologiya Mərkəzindən isə bildirilir ki, əsasən uşaqlar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar, immun sistemi zəif olanlar üçün qrip vaksini vacibdir. Respirator virus infeksiyalarının ilkin əlamətləri qeydə alındıqda mütləq tibb müəssisəsinə müraciət etmək, həkim təyinatı əsasında müalicə olunmaq lazımdır. Bu zaman ağırlaşmaların və xəstəliyin yayılmasının qarşısı alınır. TƏBİB-dən verilən məlumata görə, sentyabr ayından yanvarın 1-dək Azərbaycanda 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub. /Xezerxeber.az
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib