Ölümə aparan gizli xəstəliklər: Onların əlaməti olmur – SİYAHI

Ölümə aparan gizli xəstəliklər: Onların əlaməti olmur – SİYAHIBir sıra xəstəliklər var ki, onlar daxildən orqanizmi zədələsə də, özünü büruzə vermir.
Bu növ xəstəliklər digərləri ilə müqayisədə daha problemli və təhlükəli olanlar arasındadır. Çünki belə sağlıq problemlərin əlamətləri məlum olmadığı üçün insanlar xəstəliyin varlığından xəbərsiz olur. Nəticədə onun vaxtında müalicə edilməməsi faciəli sonluğa gətirib çıxarır. Bəs, gizli inkişaf edən və əlamətləri bilinməyən bu xəstəliklər hansılardır?
Lent.az xarici KİV-ə istinadən heç bir əlaməti ilə özünü göstərməyən xəstəliklərin bir neçəsini təqdim edir:
İnsanların bu növdən ən çox əziyyət çəkdiyi bəlalardan biri də zöhrəvi xəstəliklərdir. Geniş yayılmış növləri sifilis (süzənək) və qonoreyadır.
Süzənək həm kişi, həm də qadın sonsuzluğu, həmçinin cinsiyyət orqanlarının çoxsaylı xroniki iltihabı xəstəliklərinin tez-tez baş verən səbəblərindəndir. Sifilis insanın bütün orqanlarında ciddi fəsadlar yaradan xəstəlikdir. Fəsadların çox məruz qaldığı sahə isə baş və beyin hissəsidir. Təəssüf ki, bu xəstəliklərin bilinən çox əlaməti yoxdur. Bu xəstəliyin aşkar edilməsinə yönəlmiş bütün səylərə baxmayaraq, hələ də anadangəlmə sifilis halları müşahidə olunur.
Əlamətləri bilinməyən xəstəliklərdən biri də cinsi yolla keçən infeksiyalarıdır. Bunlara henital herpes, papillomatoz və s. kimilər aiddir. İnfeksiyalar heç bir xəstəlik törətmədən uzun müddət insan orqanizmində mövcud ola bilər. Amma orqanizmin müqavimət qabiliyyəti zəiflədikcə onların törədiciləri aktiv şəkildə artacaq. Nəticədə xəstəliyin inkişafına və immunitetin azalmasına gətirib çıxaracaq.
Böyrək xəstəliklərinin əlamətləri bir çox digər xəstəliklərin simptomlarına bənzəyir və bu səbəbdən bəzi hallarda xəstə uzun müddət ərzində tamam fərqli xəstəliklərdən müalicə olunur. Buna əsasən, ürək və onurğa xəstəliklərini misal çəkə bilərik. Sonda müalicə uğursuz olduqda, xəstəliyin miqyası daha da böyüyür. Buna görə də diqqətli olmaq lazımdır.
Səbəbsiz halsızlıq, yorğunluq, baş ağrıları, hərarətin qalxması da böyrək xəstəliklərinə işarə oluna bilər. Ödəmlər (şişkinlik) ürək xəstəlikləri üçün xas əlamətdir. Amma bu simptom böyrək xəstəliyinin də xəbərçisi ola bilər. Böyrək xəstəlikləri nəticəsində əmələ gələn ödəmlər bir çox hallarda üzdə, gözlərin altında, göz qapaqlarında olur. Həmçinin ödəmlər əllərdə, beldə, cinsiyyət orqanları nahiyəsində müşahidə oluna bilər.
Bundan əlavə, sidik ifrazı pozulmaları böyrək xəstəlikləri ilə bağlı şübhə yarada bilər.
Çox vaxt şəkər olmadığını fikirləşən insanların şəkərli diabetin gizli və çətin hesab olunan növü latent formadan xəbəri olmur. "Gizli şəkər" adını almış bu forma uzun müddət səssiz olur, özünü göstərmir və sonra orqanizmə bir anda güclü zərər verir.
Gizli şəkəri yeganə göstərən üsul demək olar ki, qlükozatoleratlıq testidir. Analiz zamanı pasiyent 3 dəfə qan verir: biri səhər acqarına, 1 saat sonra ikinci analiz, daha 2 saat keçdikdə isə  yenidən üçüncü analiz götürülür. Bu analizlərin nəticəsində xəstənin qanına qlükoza daxil olduqdan sonra orqanizmin reaksiyası öyrənilir. Əgər gizli şəkər aşkarlanırsa, xəstə daha ciddi müayinələrə yönəldilir. Gizli şəkər diabet xəstəliyinin ilk mərhələsi hesab olunur. Bu formanın xroniki formaya keçməsinin qarşısını almaq pasiyentin öz əlindədir.
Sadaladığımız xəstəliklərin siyahısını daha da çoxalda bilərik. Ancaq əsas məsələ bu xəstəliklərin qarşısını almaqdır. Bunun üçün əsas vacib addımlardan biri daimi həkim və tez-tez "check up" müayinələrindən keçməkdir.  
Müasir dünya standartlarına uyğun olaraq 40 yaşa qədər əhalidə "check-up" 5 ildən bir, 40 yaşdan yuxarı isə əvvəlki "check-up"ın nəticəsindən asılı olaraq 1-3 ildən bir aparılması məsləhət görülür.
Mütəmadi aparılan müayinələrin faydası çox böyükdür. Belə ki, daimi müayinələr ilkin profilaktika tədbirlərin vaxtında aparılması, xroniki xəstəliklərdəki risk faktorlarının müəyyənləşdirilməsi, həmçinin xəstəliklərin erkən mərhələdə diaqnostikası və müalicəyə başladılmasına şərait yaradır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 952   Tarix: 12 noyabr 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mətbəxdəki gizli təhlükə: Əriyən plastik qidaya qarışır

Mətbəxdə istifadə olunan plastik qaşıqların yüksək temperaturda əriməsi sağlamlıq üçün risk hesab olunur. -ın məlumatına görə, isti yeməklərin bişirilməsi və qarışdırılması zamanı plastik alətlər temperaturun təsirindən deformasiyay

.

Həmin qidaları soyuducuda saxlamaq olmaz - SİYAHI

Soyuducu mətbəxin əvəzsiz köməkçisi olsa da, bəzi qidalar üçün onun soyutma effekti faydalı olmaya bilər. Ekspertlər bildirirlər ki, düzgün olmayan soyuducu şəraiti qidaların dadını, teksturasını və bəzən faydalı xüsusiyyətlərin

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Təbiətdən gələn şəfa: Keçibuynuzu

Son illərdə təbii məhsullara maraq əsnasına keçibuynuzu yenidən gündəmə gəlib. Aralıq dənizi bölgəsində yetişən bu bitki həm bütöv, həm bəkməz, həm də toz formasında istehlak edilərək immunitetdən enerjiyə qədər bir çox fayd

.

Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?

Yaz fəslinin gəlişi təbiətin canlanması, ağacların çiçəkləməsi və havanın isinməsi ilə müşayiət olunur. Lakin bu dövr bir çox insan üçün sevincdən çox narahatlıq gətirir. Söhbət yaz aylarında geniş yayılan polen allergiyasında

.

Hər gün duş qəbul etmək təhlükəli İMİŞ - Bu yaşdan sonra

Çoxumuz gündəlik isti duşu gigiyena standartı və ən yaxşı rahatlama yolu kimi qəbul etmişik. Lakin yaş artdıqca, əvvəllər canlandırıcı olan şey sağlamlıq üçün gizli təhlükəyə çevrilə bilər. 65 yaşdan sonra bu qayda əks təsi

.

Yaşı 35-dən çox olanların NƏZƏRİNƏ

Ürək-damar xəstəlikləri yalnız yaşlı insanlara aid problem deyil. Yeni araşdırma göstərir ki, kişilərdə risk artıq 35 yaşdan etibarən artmağa başlayır və bu proses qadınlarla müqayisədə təxminən on il daha erkən baş verir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Faydasızdır, həm də ZİYANLI

Hemoroidin xalq təbabəti ilə müalicəsi faydadan daha çox zərər verə bilər. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə proktoloq Aleksey Vinnikov deyib. O, özünümüalicənin təhlükəli nəticələri barədə xəbərdarlıq edib:

turlar.az

aksessuarlar kosmetik vasiteler yay kolleksiyasi gozalti qaralar ucun analiq məktəbi erotik geyim ayaq şişməsi kosmetika namiq qaraçuxurlu kahfe kali toy gecesi haxışda baliq