Ölümün yaxınlaşmasının iki əlaməti
Nəfəs darlığı və ya "hava aclığı" ölümün yaxınlaşmasının ən bariz əlamətlərindən biridir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu qənaətə ABŞ-nin Qocalmanın araşdırılması institutunun alimləri gəliblər.
Alimlər qeyd ediblər ki, qaçılmaz ölümün əlamətləri ya fiziki, ya da psixoloji olur. Birincisinə, çox vaxt "hava aclığı" adlandırılan nəfəs darlığı daxildir. Eyni zamanda, orqanizmin göndərdiyi açıq-aşkar bir siqnal diqqət və konsentrasiyanın pisləşməsidir.
"Depressiya və yüksək narahatlıq hissi ölümün yaxın vaxtda baş verəcəyini bildirən ən çox müşahidə edilən psixi sağlamlıq simptomlarıdır", - deyə materialda bildirilir.
Mütəxəssislər, həmçinin müəyyən ediblər ki, yüksək yorğunluq və yuxululuq ölümün yaxınlaşdığını göstərə bilər.
"Ölmək üzrə olan insanlar daha az aktiv olmağa, daha çox istirahət etməyə və əvvəlkindən əhəmiyyətli dərəcədə çox yatmağa meyilli olurlar", - deyə alimlər vurğulayıblar.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi