"Omikron" variantı 90 faiz hallarda

Kəskin respirator virus infeksiyaları ilin soyuq aylarında daha çox yayılır. Hətta qrip infeksiyasının virusları mənfi 60 dərəcə temperaturda yaşaya bilir. COVID-19-un tipləri də mənfi temperatura qarşı dözümlüdür. Qış aylarında onların yoluxduruculuq xüsusiyyəti daha da yüksəlir. Virus əvvəlcə orqanizmə daxil olaraq immunitet sistemini çökdürür, ikincili infeksiya yaradaraq bakteriyalar üçün yol açır. Qarşılıqlı simbioz həyat tərzi nəticəsində virus və bakteriyalar bir yerdə yaşayaraq orqanizmdə patogenlik törədir.
İki ildən artıqdır ki, COVID-19 infeksiyası ilə mübarizə gedir və zaman keçdikcə onun xüsusiyyəti ilə əlaqədar tibbi praktikada baş verən dəyişiklikləri görürük. COVID-19 infeksiyası yuxarı tənəffüs yollarını deyil, əsasən aşağı tənəffüs yollarını, yəni ağciyərləri zədələyir. "Omikron" ştamı isə yuxarı tənəffüs yollarını - bronxları, boğaz nahiyəsi və ağız boşluğunu daha çox zədələyir. Hətta "omikron"un yeni bir əlaməti üzə çıxıb: xəstələrdə orta qulağın iltihabına səbəb olur, yəni xəstələr qulaq ağrısından da şikayətlənirlər. Viruslar mutasiyaya uğradıqca ayrı-ayrı toxumaları zədələmə xüsusiyyəti qazanırlar. Ola bilsin ki, "omikron"dan sonra bir başqa ştam yaranacaq və o da özünü başqa əlamətlərlə özünü büruzə verəcək. Bu gün orijinal COVID-19-la "omikron"un müqayisəsində zədələmə lokalizasiyasına görə onların bir-birindən fərqləndiyini görürük.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib.
Son günlərin yoluxma statistikasında artımlara toxunan həkim-infeksionist deyib: "Rəqəmlər yüksək olsa da, pik nöqtə qabaqdadır. Nəzərə alsaq ki, ali təhsil ocaqları tətil dövründədir, onların açılması sıxlığa səbəb olacaq. Məktəbəqədər müəssisələrdə, orta məktəblərdə də həmin hallar müşahidə edilir. Onu nəzərə çatdırmaq istəyirəm ki, "omikron" variantı orijinal COVID-19-dan dörd dəfə çox yoluxuculuğa malikdir. Maska taxılmış vəziyyətdə küçədə gedəndə belə yaxın məsafədən "omikron"a yoluxmuş xəstə keçirsə, yoluxma ehtimalı var. "Omikron"dan qorunmaq üçün maskaları bir qədər qalınlaşdırmaq, iki maska taxmaq və yaxud N95 maskasından istifadə etmək lazımdır. Dörd nəfərlik ailədə bir nəfər "omikron"a yoluxubsa, digər ailə üzvlərinin yoluxma ehtimalı 90 faizdən artıqdır. İndi istifadə edilən cərrahi maskaların virus infeksiyalarından qoruyuculuğu o qədər də yüksək deyil. Həmin maskaların istifadə müddəti maksimum dörd saatdır. Ona görə də maskalar tez-tez dəyişilməlidir, çünki bir növ filtr rolu oynayır. Maskalar təkcə virus və bakteriyaların qarşısını almır, eyni zamanda, havada olan toz hissəciklərini, müəyyən allergenləri də öz üzərində saxlayır. Onun çöl səthi daim çirklənmiş vəziyyətdə olur, ondan bir neçə gün istifadə edəndə maska özü də infeksiya mənbəyinə çevrilir. Sağlamlığı qorumaq istəyiriksə, maskanı gün ərzində bir neçə dəfə dəyişmək lazımdır.
O, xəstələrə öz tövsiyəsini də ünvanlayıb: "Təəssüf ki, xəstəliyə yoluxanlar həkim məsləhəti olmadan müxtəlif dərman preparatları qəbul edirlər. "Omikron" ştamı klinik əlamətlərlə başlayan kimi xəstələr "Deksometozon" kimi ağır preparatlar, antibiotiklər qəbul edirlər. Belə hallar sonradan ağırlaşma ehtimalı yaradır. Qeyd etmək istəyirəm ki, "omikron" variantı 90 faiz hallarda yüngül keçir və onun müalicəsi zamanı çoxlu dərman qəbul etməyinə ehtiyac yoxdur. Əgər ilk günlərdən burun axması, boğaz ağrısı, hərarət varsa, xəstə döş qəfəsi arxasında, eləcə də əzələ və sümük ağrıları hiss edirsə, özünü ətrafdan təcrid etməlidir. Xəstə cavan olduqda polivitaminlər qəbul etməli və boğaz ağrısı daha çox müşahidə edildiyinə görə yumşaq tərkibli antiseptik məhlullardan , "Furasilin"lə qarqaradan istifadə etmək məsləhətdir. Yalnız temperatur yüksək olduğu təqdirdə həkim məsləhəti əsasında antibiotik qəbul etmək lazımdır. "Omikron" ştamı daha çox subfebril- 37, 2- 37,5 dərəcə temperatura səbəb olur və həmin dövrdə antibiotik qəbul etməyə ehtiyac yoxdur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 991   Tarix: 04 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

yay geyimləri 2026 makiyaj etmek qaydalari gelinlikler toy ucun maraqli ideyalar toy gecəsi dəridə səpkilər vətən haqqında inşa kosmetika rus dilin nece orenek saglam qidalanma aydin sani tərəzi novruz bayramına aid hakışta