"Ona görə də "omikron" daha yüngül keçir..."

Yeni növ koronavirus (COVID-19) infeksiyasının "omikron" ştamı bir çox ölkələrdə dominantdır. Həmin ştam sürətli yoluxma qabiliyyətinə malikdir. Araşdırmalar göstərir ki, "omikron" tənəffüs yollarını "delta" variantından 70 dəfə çox əhatə edir. Bu, virus yükünün daha yüksək olmasına və yoluxmanın artmasına səbəb olur. Belə olan halda, xəstənin tənəffüs yollarından çıxan virusun miqdarı çox olduğu üçün digərlərini də daha tez yoluxdurur. İstənilən halda, əvvəlkilərlə müqayisədə "omikron"un klinikası yüngül gedişlidir, çünki o, ağciyər toxumasında koronavirusun ilkin variantından 10 dəfə az sürətə malikdir.
Milli.Az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında hepatoloq-infeksionist Mərdan Əliyev deyib.
Həkim-mütəxəssis bildirib ki, "omikron" ştamının ağciyərlərdə pnevmoniyaya səbəb olma ehtimalı aşağıdır: "Ona görə də "omikron" daha yüngül keçir və qripə oxşar infeksiyalara bənzəyir. Həmçinin "omikron"un genotipi də müəyyən olunub, həmin ştamın genotipi mövsümü kəskin respirator infeksiyalara daha yaxındır".
M.Əliyev, həmçinin vaksinasiyanın əhəmiyyətindən bəhs edib. Deyib ki, ştamların oxşar və fərqli xüsusiyyətlərindən asılı olmayaraq peyvənd vurdurmaq və profilaktik tədbirləri həyata keçirmək vacibdir. Həkimin sözlərinə görə, kütləvi toplaşmalarda, qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafəni qorumaq və dezinfeksiyaedici məhlullardan istifadə etmək vacib şərtlərdir.
"Hazırda bütün dünyada istifadə edilən vaksinlərin effektivliyi "omikron"a münasibətdə nisbətən zəifləyib. Ona görə də vaksinlər üzərində müəyyən dəyişikliklər aparılır, peyvəndlər "omikron" variantına uyğunlaşdırılır. İstənilən halda, peyvəndləmədə aktiv iştirak etmək və gigiyenik qaydalara əməl etmək lazımdır", - deyə hepatoloq-infeksionist qeyd edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1201   Tarix: 08 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim və ayaqqabılar qaşların formalari həkim məsləhəti asiq qadinlar haqqinda maraqli melumatlar nişanlılıq elme aid atalar sozu kosmetika novruza aid hakistalar qaynana rus dilini oyrenek 2ci ders bayati hakiwda