Onların malikanənin ətrafından keçməyin. Əks halda...
İtaliyada yeni qanun qüvvəyə minib : Amal və Corc Kluninin malikanələrinə yaxınlaşmaq qadağandır.
Komonun küçələrində gəzərkən ehtiyyatlı olun, çünki əgər təsadüfən Hollivud aktyorunun malikanəsinin yanından keçsəniz, 500 avro miqdarında cərimə ödəməli olacaqsınız. Kamo gölünün ətrafındakı Laglio qəsəbəsinin bələdiyyə başçısı "Hollivud aktyorunun malikanəsinin 100 metrliyinə yaxınlaşmamaq" barədə sərəncam imzalayıb.
"Cərimə zonası"nı ancaq avtomobillə, heç bir dayanacaq etmədən keçməyə icazə verilir. Belə bənzəri olmayan tədbirlərin görülməsində məqsəd cütlüyü paparatsilərdən, zəhlətökən pərəstişkarlarından və bütün günü evin ətrafında keşik çəkib cütlükdən eksklüziv müsahibə almaq niyyətində olanlardan qorumaq üçündür.